Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-857/2023 05.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş şəxs Şəxs Sadiq oğlunun iştirakı ilə, Şəxs Sadiq oğlu – xx.xx.1956-ci ildə Cəlilabad rayonu, İncilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, Cəlilabad rayonu, İncilli kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq... Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Sadiq oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. 19 avqust 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sadiq oğlu xx.xx.2023-cü ildə, saat 08:00-da idarə etdiyi «VAZ 2106» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonu, Uzuntəpə kəndidə hərəkətdə olarkən “Mercedens Benz E 200” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sadiq oğlu ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, o, xx.xx.2023-cü ildə, saat 08:00-da idarə etdiyi «VAZ 2106» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonu, Uzuntəpə kəndidə yardımçı yoldan əsas yola çıxarkən yolun sağ və sol tərəfinə baxmış, yolun boş olmmasından tam əmin olduqdan sonra hərəkətə başlamış öz hərəkət istiqamətinə keçən zaman sol tərəfdən gələn “Mercedens Benz E 200” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil onun maşının sol öh hissəsinə dəymiş və toqquşma baş vermişdir. Əməlindən səmimi peşmandır, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sadiq oğlunun izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs Sadiq oğlunun ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Şəxs Sadiq oğlunun əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs Sadiq oğlunun məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. İşdə olan cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs Sadiq oğlu oğlunun barəsində toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki Şəxs Sadiq oğlunun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Sadiq oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs Sadiq oğluna təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-857/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-857/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver