Məhkəmə qərarları › İş №3(073)-858/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-858/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-858/2024 08.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xətanı törətmiş Şəxs Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X3, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin Lənkəran-astara regional şöbəsinin nümayəndəsi X1 iştrakı ilə, İnzibati xətanı törətmiş Şəxs Açıq Səhimdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, Açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Açıq Səhimdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin Lənkəran-astara regional şöbəsinin 13 sentyabr 2024-cü il tarixli, MN ******* saylı protokol daxil olmuşdur. İşdə olan 13 sentyabr 2024-cü il tarixli, MN ******* saylı protokolun surətindən görünür ki, işəgötürən Şəxs Açıq Səhimdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsindəpeşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin Lənkəran-astara regional şöbəsinin nümayəndəsi X2 izahatında göstərd ki, Göytəpə Avtotəmir” Açıq Səhimdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilmədiyi halı ilə bağlı xx.xx.2024-cü tarixdə, Şəxs ASC-yə qanunamüvafiq bildiriş göndərilmiş, lakin Şəxs ASC-nin drektoru X5 göndərilmiş bildirişlərə əhəmiyyət verməmiş, onun iştrakı olmadan sənədlərə baxılmış nəticədə hüquqi şəxs kimi Göytəpə Avtotəmir” ASC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin Lənkəran-astara regional şöbəsi tərəfindən 13 sentyabr 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X5 izahatında göstərdi ki, onlara həm rəsmi həm də şifahi xəbərdarlıq olunsa da Şəxs ASC-nin maddi imkansızlığına görə işçilərinin istehsalatda bədbəxt hadisələrdən, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itrilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Şəxs Açıq Səhimdar Cəmiyyətinin ona istinad olunan inzibati xətanı törətməsi işdə olan protokol və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Açıq Səhimdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsindəpeşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmiş və buna görə barəsində əsaslı olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin Lənkəran-astara regional şöbəsi tərəfindən 13 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə, fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında Şəxs Açıq Səhimdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Açıq Səhimdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 5000 (beş min) manat məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs Açıq Səhimdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar