Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-859/2023 24.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Şəxsükür oğlunun barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq, Müəyyən etdi: Şəxsükür oğlunun barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. 23 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Ağayev X1 rayon Bayxanlı kəndinin Germi adlanan ərazisində Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olundu ki, material protokolla birlikdə protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş materiallar natamam olduğu üçün işə baxılarkən tamamlamaq mümkün olmamışdır, yəni inzibati xəta hadisəsi nəticəsində tərtib olunmuş 23 avqust 2023cü il tarixli, MN ******* saylı protokolda inzibati xətanın törədilmə yeri, vaxtı və mahiyyəti, yəni, şəxsin hansı əməli törətməsi müəyyən edilməmiş, yalnız Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi qeyd olunmuşdur. Həmçinin, qeyd olunan protokolda şahidlər və zərəməkmiş şəxs barəsində məlumatlar, yetrilmiş xəsarət barədə qeydlər aparılmamış, iş üçün əhəmiyyət kəsb edən şəxslərin izahatları alınmamış və digər zəruri prosessual hərəkətlər icra edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol natamam olduğuna və düzgün tərtib olmadığına görə tərtib edilmiş inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Cəlilabad rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxsükür oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib olunmuş 23 avqust 2023-cü il tarixli, MN ******* saylı protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Cəlilabad rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-859/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-859/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver