Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-86/2024 01.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs X4, Zərərçəkmiş şəxsnın iştirakı ilə, X7 – xx.xx.1967-ci ildə Cəlilabad rayonu, Novoqolovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 01 fevral 2024-cü tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə X1 rayonu, Uzuntəpə kəndində Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da X7 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X7 izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun kürəkənidir, qızı Günel Əsədova ilə təxminən 5 il bundan qabaq ailə həyatı qurmuşdurlar, birgə nigahlarından 3 övladları var. xx.xx.2024-cü il tarixdə qardaşı oğlu hərbi xidmətə gedəcəyi üçün onların həyətində məclis təşkil edildimiş, həmin məclis də kürəkəni Ərəstun, qızı Günel və digər ailə üzvlərimizdə iştirak etmişlər, axşam saatlarında övladlarını evə yola salmaq istəyən zaman kənarda mübahisə yarandığını görmüş həmin yerə yaxınlaşmış, orada kürəkəni içkili halda digər qardaşı oğlu ilə mübahisə etdiyi görmüş və ona “niyə ona baş qoşursan” dediyini, o isə ona “Ərəstun qonşularımızı söyür” demiş, qardaşı oğluna ona baş qoşduğu üçün iradını bildirmiş, bundan sonra Ərəstunun atasına zəng etmiş və gəlib oğlunu sakitləşdirməsini bildirmişdir. Təxminən 30 dəqiqə sonra Ərəstunun atası Loğman və anasının həmin yerə gəlmiş və kürəkəni Ərəstunun əlindən tutaraq avtomobilnə əyləşdirmiş, o və digər ailə üzvləri avtomobil ilə yaşadıqları ünvana gəlmişlər, bundan bir neçə dəqiqə sonra isə Ərəstun və onun valideynləri onun yaşadığı ünvana gəlmişlər, Ərəstun avtomobildən düşərək darvazanın qapısını açıb həyətə daxil olmuş və onun ardınca valideynləri də həyətə daxil olmuşlar, Ərəstun həyətdə olan zaman uca səslə qızı Güneli çağırmağa başlamış, o isə onun atası Loğmana “oğlunu sakitləşdir” demiş bundan sonra Ərəstun yenə onun qızı barəsində nalayiq ifadələr işlətmiş, lakin o və orada olan oğlanları ona əhəmiyyət verməmişdir,daha sonra isə onlar avtomobilə əyləşərək oradan uzaqlaşmışlar, o və oğlu Fikrət həmin vaxtı Ərəstunu döyməmişlər, onun bu barədə dedikləri yalan və böhtan olduğunu, onları şərləmək üçün bu cür müraciət etmişlər. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, həyat yoldaşı Günel Əsədova ilə təxminən 6 il bundan qabaq ailə həyatı qurmuşlar, birgə nigahlarından 3 övladları var. 2024-cü ilin yanvar ayının 2-də həyat yoldaşı və övladları ilə birlikdə Bakı şəhərində Cəlilabad rayon Uzuntəpə kəndində nənəsinin il mərasmində iştirak etmək üçün gəlmişlər, yanvar ayının 3-də məclisdə iştirak etmişlər və gecəni qayınatası Cəlal Əsədovun evində həyat yoldaşı və övladları ilə birlikdə qalmışlar. xx.xx.2024-cü il tarixdə atasının əmisi oğlu hərbi xidmətə getdiyinə görə onların yaşadığı evin həyətində məclis təşkil etdilmiş, o və həyat yoldaşı həmin məclisə dəvət olunduğu üçün ora getmişlər, məclisdə iştirak edən zaman qaynı Fikrət ona yaxınlaşaraq pivə içmək istədiyini ona demiş, onunla razılaşaq evə daxil olaraq mətbəxə keçib orada pivə içmişlər, sonradan qaynı Fikrət içdikləri həmin pivəyə araqda qatdığını öyrənmiş, onlar həmin pivəni içdikdən sonra yenidən həyətə düşmüşlər, məclisdə mahnı sifariş verərək oynamaq istəyən zaman digər əmisi oğlu onu məclisdən kənarlaşdırmaq istəmiş, onun bu hərəkət o əsəbləşmiş və o əmisi oğlu ilə mübahisə etməyə başlamış, həmin vaxtı qayınatası Cəlal onların olduğu yerə yaxınlşaraq onu oradan aparmaq istəmiş, o isə ona “Əmi sən get mən gəlirəm” demiş, qayınatası Cəlal ikinci dəfə həmin yerə yaxınlaşaq onun sifət nahiyyəsinə sillə vuraraq, onu nalayiq ifadələrlə təhqir etdiyini,o isə qayınatasını əli ilə kənara itələmiş, daha sonra qayınatası bu barədə atası Loğmana zəng edərək məlumat vermiş, atası Loğman da avtomobili ilə həmin yerə gəlmiş, onu avtomobilə əyləşdirərək həyat yoldaşı və övladlarını götürmək üçün qayınatasının həyətinə getdiklərini,onlar qayınatasının həyətinə gedən zaman qayınatası Cəlal və qayınları avtomobil ilə sürətlə onların avtomobillərini ötüb keçmişlər, artıq onlar həmin evə çatanada qayınatası və qayınlarının orada olmuşlar, atası həyat yoldaşını və övladlarını həmin evdən götürmək istəsə də onlar həyat yoldaşı Günel və övladlarını verməyəcəklərini demişər, bundan sonra avtomobildən yerə düşmüş, həmin vaxtı qayınatası Cəlal onun boğaz və sağ qol nahiyyəmdən tutaraq yerə yıxmışı və onu yerdə sürümüş, bundan başqa orada olan qayını Fikrət də onun üzərinə hucum çəkərək təpiklə bədənimin müxtəlif nahiyyələrinə vurmuşdur, valideynləri onu onların əlindən almış və avtomobilə əyləşdirib yaşadığı Masallı rayon Digah kəndinə gəlmişlər, hadisənin qısa müddət ərzində baş verdiyini, hadisə zamanı orada olan hər ahnsı bir şəxsə xəsarət yetirməmişdir. X2 ilə barışmamışdır. Ona görə də X5 barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, X7 onun əmisi Zərərçəkmiş şəxs isə onun oğludur. xx.xx.2024-cü il tarixdə əmisi oğlu hərbi xidmətə getdiyinə görə məclis təşkil etdilmişlər, oğlu Ərəstun ailəsi ilə həmin məclisə dəvət olunduğu üçün ora getmişlər. Əmisi Cəlal ona zəng edərək oğlunun sərxoş olduğunu və mübahisə etdiyi barədə ona məlumat vermiş, o da avtomobili ilə həmin yerə gəlmiş, oğlunu avtomobilə əyləşdirərək həyat yoldaşı və övladlarını götürmək üçün əmisi Cəlalın həyətinə getmişlər, onlar qayınatasının həyətinə gedən zaman əmisi və oğlanları avtomobil ilə sürətlə onların avtomobillərini ötüb keçmişlər, artıq onlar həmin evə çatanada əmisi və oğlanları orada olmuşlar, o, gəlnini və nəvələrini həmin evdən götürmək istəsə də onlar onlar gəlnini və nəvələrini verməyəcəklərini demişər, bundan sonra oğlu avtomabildən yerə düşmüş, həmin vaxtı əmisi Cəlal oğlu Ərəstunun boğaz və sağ qol nahiyyəmdən tutaraq yerə yıxmışı və onu yerdə sürümüş, bundan başqa orada olan əmisinin oğlu Fikrət də oğlunun üzərinə hucum çəkərək təpiklə bədənimin müxtəlif nahiyyələrinə vurmuşdur, oğlunu onların əlindən almış və avtomobilə əyləşdirib yaşadığı Masallı rayon Digah kəndinə gəlmişdirlər. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 53 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bel-omba və sol sağrı nahiyyəsində çapıq müəyyən olundu, müəyyən olunan çapıq bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X8 Bölməsinin 29 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X4 törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. X4 inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs X4 barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs X7 Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-86/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-86/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver