Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-860/2024 25.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Əmənov X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-1921/2019 saylı, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2412/2022 saylı, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(073)-2072/2023 saylı, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2115/2022 saylı icra vərəqələrindəki və xx.xx.2023-cü il tarixli notariusun icra qeydindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-1921/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 10242.78 manat maddi ziyan, 5200 manat borc pul və 30 manat dövlət rüsumu alınıb tələbkar X2, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(073)-2412/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 3070.44 manat pul və 50.71 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" KB ASC-nə, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(073)-2072/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 3406.64 manat borc və 57.07 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" KB ASC-nə, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(073)-2115/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 406.80 manat pul və 30 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" MMC-nə və notariusun xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs cəmi 177.77 manat pul alınıb tələbkar "xxxx" ASC-yə verilməlidir. İcra vərəqələri Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildirişlər göndərilmişdir. Borclu icra sənədləri üzrə borcunu ödəməkdən yayınmış və qaçıb gizlənmişdir, barəsində axtarış elan edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə eyni icra sənədlərinə münasibətdə barəsində 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri seçilsə də borclu öhdəliklərini hələ də icra etməmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək bildirmişdir ki, xəstəliyinə görə müəyyən müddət işləmədiyi və maddi imkanı olmadığına görə icra sənədləri ilə müəyyən edilmiş borclarını ödəyə bilməmişdir. Qısa müddət sonra yenidən iş tapacaq və borclarını ödəməyə başlayacaqdır. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini, eyni zamanda, barəsində inzibati cərimə növündə tənbeh tədbiri seçiləcəyi halda həmin cəriməni ödəyə bilməyəcəyinin də nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X4 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin 15 noyabr 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 10242.78 manat məbləğində maddi ziyan, 5200 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq ona verilməlidir. İcra vərəqəsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Cavabdeh Şəxs müxtəlif bəhanələr gətirərək, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Şəxs dəfələrlə həmin borcunu ödəməsini tələb etmiş, lakin borclu maddi imkanı olmasına baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Borclu icra sənədi üzrə borcundan cəmi bu vaxta kimi 6000 manat ödəmişdir. Hazırda da qalan borcunu ödəməkdən boyun qaçırır. Əvvəllər onu işçi kimi öz yanında işə götürsə də və ona həmişə xoş münasibətdə olsa da o, bundan sui-istifadə edərək ona xeyli maddi ziyan vurmuşdur və bu fakt audit yoxlaması ilə təsdiqini tapmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, zərərçəkmiş şəxsin, icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmadığını, onun çox sayda icra vərəqələri və icra qeydi üzrə borclu olmasını, həmçinin eyni icra sənədlərinin icra edilməməsinə görə daha əvvəl də inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edildiyini, lakin icra sənədləri üzrə borcların hələ də onun tərəfindən ödənilmədiyini nəzərə alır və onun barəsində müvafiq maddənin sanksiya hissəsində nəzərdə tutulmuş daha ciddi inzibati tənbeh tədbirinin onun səhhətindəki problemləri də nəzərə alaraq nisbətən aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 25 sentyabr 2024-cü il tarixdən, saat 18:45-dən hesablansın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-860/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-860/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver