Məhkəmə qərarları › İş №3(073)-861/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-861/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-861/2025 17.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin NQMİ-nin polis baş leytenantı X3 iştirakları ilə, xx.xx.1984-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 15 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr psixotrop maddələr əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətməkdə şübhəli bilinərək saxlanılıb Cəlilabad RPŞ-yə gətirilmiş Şəxs üstünə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə həmin şalvarın sol yan cibində olan 01 ədəd siqaret qutusunun içərisindən isə 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,086 qram olan psixotrop maddə metafetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin hadisə ilə əlaqədar 16 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin NQMİ-nin polis baş leytenantı X5 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək, bildirdi ki, 15 iyul 2025-ci il tarixdə, saat 11:06 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr psixotrop maddələr əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətməkdə şübhəli bilinərək saxlanılmış və Cəlilabad RPŞ-yə gətirilmişdir. Şəxs üstünə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə, həmin şalvarın sol yan cibində olan 01 ədəd siqaret qutusunun içərisindən isə 01 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metafetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək verdiyi izahatında göstərdi ki, o, 15 iyul 2025-ci il tarixdə saat 11:06 radələrində polis əməkdaşları tərəfindən Cəlilabad şəhəri Mustafa Tekstil Ticarət Mərkəzinin yanında saxlanılıb Cəlilabad RPŞ-nə gətirilmişdir. RPŞdə ona müdafiəçi təyin edilmiş və şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən bir bükümdə psixotrop maddə metafetamin aşkar olunmuşdur. Hazıra törətdiyi əməlindən peşmandır. Gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəkdir. Odur ki, qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 16 iyul 2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanmasının rədd edilmiş, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin təsiri altına düşdüyündən barəsində inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qərarın surəti BMCMİ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2025-ci il tarixli, 6/2454 saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6” dairəvi möhür əksi olan “Şəxs aşkar olunan....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 0,086 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 16,760 qram olan ağ rəngli maddənin tərkibində narkotik, psixotrop və güclü təsir edən maddələr aşkar edilmədi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Republika Narkoloji Mərkəzi PHŞ Ambulator X1 Ekspert komissiyası 16 iyul 2025-ci il tarixdə verilmiş 4215 nömrəli rəyindən görünür ki, Müayinə zamanı Şəxs hal-hazırda kannobinoidlərdən və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2017-ci il tarixdən Cəlilabad rayon MX-da (F11x2) diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Azərbaycan Respulikası İXMnin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, Şəxs aşkar edilərək götürülmüş, qalıq çəkisi 0.066 qram olan, psixotrop maddə metafetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat ekspertiza xərci Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 33.1.2, 34.2, 37, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respulikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 17 iyul 2025-ci il tarixdən saat 10:25-dən hesablansın. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs götürülmüş, qalıq çəkisi 0,066 qram olan maddi sübut, psixotrop maddə metafetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142593, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar