Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-863/2024 15.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad şəhəri, Cavadxan küçəsi ünvanında yerləşən «N1 Restoran, filial-2/Adana Kabab» adlı obyektin reklamlarının yayıcısı X1 barəsində Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 24 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad şəhəri, Cavadxan küçəsi ünvanında yerləşən «N1 Restoran, filial- 2/Adana Kabab» adlı obyektin reklamlarının yayıcısı X4 tərəfindən açıq məkanda reklam sahəsində zərurətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş vaxtında və tam yerinə yetirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 və Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Bununla da Cəlilabad şəhəri, Cavadxan küçəsi ünvanında yerləşən «N1 Restoran, filial- 2/Adana Kabab» adlı obyektin reklamlarının yayıcısı X4 Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. ünvan 1 ünvanında yerləşən «N1 Restoran, filial-2/Adana Kabab» adlı obyektin reklamlarının yayıcısı X1 bu əməli inzibati xəta haqqında protokolla və Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsinin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Cəlilabad şəhəri, Cavadxan küçəsi ünvanında yerləşən «N1 Restoran, filial- 2/Adana Kabab» adlı obyektin reklamlarının yayıcısı X2 dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin 02 sentyabr 2024-cü il tarixli, 000442 saylı yazılı göstəriş və aktdan görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26.2-ci maddəsini və Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın (bundan sonra-qayda) 3-cü bəndini rəhbər tutaraq qeyd olunan qanun pozuntularını 5 gün ərzində aradan qaldırılması tələb olunmuş. Əks təqdirdə, açıq məkanda reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 428.7-ci maddəsində və Qaydaların 3.5-ci bəndində nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq olunacaqdır. İşdə olan ********** saylı VÖEN-nin surətindən görünür ki, X4 fərdi sahibkarlıq statusuna malikdir. Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin obyektinə yetirilməməsi və ya lazımınca obyektinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri obyektinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Cəlilabad şəhəri, Cavadxan küçəsi ünvanında yerləşən «N1 Restoran, filial-2/Adana Kabab» adlı obyektin reklamlarının yayıcısı X1 barəsində inzibati tənbeh tədbiri görərkən vəzifəli şəxs olmasını və dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq müvafiq icazə sənədinin alınmamasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Cəlilabad şəhəri, Cavadxan küçəsi ünvanında yerləşən «N1 Restoran, filial-2/Adana Kabab» adlı obyektin reklamlarının yayıcısı X4 Azərbaycan Respulikası İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-863/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-863/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver