Məhkəmə qərarları › İş №3(073)-867/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-867/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-867/2023 04.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1998-ci ildə Cəlilabad rayonu, Şabanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, Cəlilabad rayonu, Şabanlı kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. 16 avqust 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci ildə, saat 08:00-da idarə etdiyi «QAZ 33021» markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar rayonu, Nərimankənd kəndi istiqamətində hərəkətdə olarkən “Mercedens Vito” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, o, xx.xx.2022-ci ildə, saat 08:00-da idarə etdiyi «QAZ 33021» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar rayonu, Nərimankənd kəndi istiqamətində hərəkətdə olarkən ona məlum olamyan texniki nasazlıq baş vermiş və avtomobil qarşı hərəkət zolağına çıxaraq “Mercedens Vito” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma baş vermişdir. Əməlindən səmimi peşmandır, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. İşdə olan cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs oğlunun barəsində toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Biləsuvar RPŞ-in X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar