Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-867/2024 04.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs – xx.xx.1989-cu ildə Lerik rayonu, Arta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri M.Hüseyn küçəsində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: 03 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 sentyabr 2024-cü il tarixdə, təxminən saat 20 Zərərçəkmiş şəxs ilə mübahisə zamanı ona xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmiş şəxsin izahatları, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirdi ki, 08 sentyabr 2024-cü il tarixdə, saat təxminən 20 radələrində yaşadığı binanın qarşısında oğlu X2 və qızı X1 ilə birlikdə gəzdiyi vaxt oğlu Məhəmməd ondan aralaşaraq orada olan uşaqlarla oynamağa başlamış, lakin bir neçə dəqiqədən sonra oğlu Məhəmmədin və digər uşaqların qaçdığını görmüşdür. Həmin uşaqların arxası ilə avtomobillə bir nəfər şəxsin gəldiyini və həmin şəxs avtomobildən yerə düşüb uşaqların üzərinə getdiyini görmüşdür. Həmin şəxs onun oğlu Məhəmmədin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, o da həmin şəxsə yaxınlaşaraq həmin söyüşlərin özünə və arvadına haqq olmasını bildirmişdir. Həmin şəxs onun üzərinə gəlib boğazından əli ilə tutaraq sıxmış, “səni öldürərəm” sözünü demiş, daha sonra isə saçından tutaraq üz nahiyəsinə sillə ilə vurmuşdur. Sonda isə o, məhkəməyə yazılı ərizə verərək, zərərçəkmiş şəxslə barışdığını bildirdi və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 08 sentyabr 2024-cü il tarixdə, təxminən saat 20 radələrində yaşadığı evin həyət qapısından küçəyə çıxan zaman darvazasına daş dəymişdir. Darvazadan çölə çıxanda 4 nəfər tanımadığı 9-10 yaşlı uşaqların qaçdıqlarını görüb avtomobilinə əyləşmiş və həmin uşaqların arxası ilə getmişdir. Sonra o avtomobildən yerə düşərək darvazanın qarşısında gördüyü uşaqlardan birini saxlayıb uşağa darvazaya nə üçün daş atırsan demişdir. Uşaq isə ona daş atmadığını, digər uşaqların daş atdığını bildirmişdir. Bu zaman həmin uşağın anası Şəxs ora yaxınlaşmışdır. O da həmin uşağın anası Aygünə “uşağına nəzarət et, mənim evimə daş atır” sözlərini demişdir. Həmin sözün qarşılığında Şəxs onun, ailəsinin və ölülərinin ünvanlarına nalayiq ifadələr işlətmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Sonda isə o, məhkəməyə yazılı ərizə verərək, barəsində inzibati xəta törədən şəxs Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin 16 sentyabr 2024-cü il tarixli, 783 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs sağ said nahiyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyaların təsirindən törənmişdir, törəmənin müddəti qərarda qeyd olunan 08 sentyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X3 Bölməsinin 18 sentyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə verdiyi yazılı ərizəsindən görünür ki, inzibati xəta törədən şəxs Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinin qeydinin 3-cü bəndində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışdıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-867/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-867/2024
04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver