Məhkəmə qərarları › İş №3(073)-871/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-871/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-871/2024 07.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs – xx xxxx 1997-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: 07 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Qasımova X1 şəhəri, M.Hüseynzadə küçəsində 16 sentyabr 2024-cü il tarixdə, təxminən saat 15:30 radələrində Zərərçəkmiş şəxs döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmiş şəxsin izahatları, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirdi ki, o, iki il öncə Cəlilabad şəhərində çiyələk festivalında Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs 16 yaşı olmuşdur. 25 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs onu telefonla ad günü münasibəti ilə təbrik etmiş, aralarında sevgi münasibətləri yaranmışdır. Sevgili olduğu zamanlarda aralarında münasibət olmuşdur. Münasibətdən hamilə olmuşdur. Zərərçəkmiş şəxs ona söz vermişdir ki, 16 sentyabr 2024-cü il də 18 yaşı tamam olandan bir gün sonra rəsmi nikah bağlayacaqlar. Lakin Əli onu aldadaraq nigah bağlamamış, buna görə o Əlinin işlətdiyi telefon dükanına getmiş, Əliyə öz iradlarını bildirmiş, sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun sol qulaq nahiyəsinə vuraraq saçından tutmuş, o isə özünü müdafiə etmək üçün Əlinin bədəninin müxtəlif nahiyələrinə dırnaqları ilə vurub yaxasından tutub yerə yıxmışdır. Sonda isə o, məhkəməyə yazılı ərizə verərək, əməlindən səmimi peşman olduğunu, birdə belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışdığını bildirdi və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Cəlilabad şəhər sakini Şəxs ilə çiyələk festivalında tanış olmuş, onun sevgili münasibətləri yaranmışdır. Şəxs ondan tələb etmişdir ki, 18 yaşı tamam olanda rəsmi nikah bağlasınlar, o isə bundan imtina etmişdir. Buna görə o təxminən bir aydır ki, Lalə ilə münasibətini soyu saxlamış və uzaqlaşmışdır. 16 sentyabr 2024-cü il tarixdə, saat 15:30 radələrində o Cəlilabad şəhərində 1 saylı Notariat Kontorunun qarşısında kirayə götürdüyü mobil telefon dukanında olduğu vaxtı Şəxs içəri daxil olub, onu təhqir edib üstünə hücum çəkərək əlində olan dəmir predmetlə sağ qol nahiyəsinə vurmuş, dırnaqları ilə onun alın, üz nahiyəsinə və çiyninə xəsarət yetirmişdir. Sonda isə o, məhkəməyə yazılı ərizə verərək, barəsində inzibati xəta törədən şəxs Şəxs ilə barışdığını, Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin 16 sentyabr 2024-cü il tarixli, 788 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs alın və sol almacıq nahiyəsində sıyrıqlar, sol qoltuq nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyaların təsirindən törənmişdir, törəmənin müddəti qərarda qeyd olunan 16 sentyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X2 Bölməsinin 25 sentyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə verdiyi yazılı ərizəsindən görünür ki, inzibati xəta törədən şəxs Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinin qeydinin 3-cü bəndində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışdıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar