Məhkəmə qərarları › İş №3(073)-876/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-876/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-876/2024 08.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, İnzibati xəta törətmiş şəxs Şəxs, X1 iştirakları ilə, Şəxs – xx xxxxxxx 1981-ci ildə Cəlilabad rayonu, Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Cəlilabad rayonu, Maşlıq kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 08 oktyabr 2024-cü il tarixli, ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Cəlilabad rayon Məhkməsinin 02 dekabr 2022-ci il tarixli, 2(073)-1979/2022 saylı icra vərəqəsinə əsasən Şəxs 4 uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat aliment alınıb tələbkar X4 verilməməklə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Cəlilabad rayon İcra Şöbəsinin icra məmuru X6 izahatında göstərdi ki, Cəlilabad rayon Məhkməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(073)-1979/2022 saylı icra vərəqəsinə əsasən Şəxs 4 (dörd) uşağın saxlanılmsı üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 400 manat aliment alınıb tələbkar X4 verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maddi imkanın zəif olduğunu bildirərək borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Borclu Şəxs halhazırda Cəlilabad rayon məhkəməsinin icra vərəqəsi üzrə cəmi 7000 manat məbləğində borcu vardır. Bundan başqa Cəlilabad rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 3(073)-201/2024 saylı qərarı ilə borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs ona istinad olunan izibati xətani törətməsini qismən etraf edərək verdiyi izahatında göstərdi ki, onun barəsində Cəlilabad rayon Məhkməsinin icra vərəqəsinə 4 uşağın saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 400 manat aliment alınıb tələbkar X4 verilməsi qət edilmişdir. O, indiyə kimi 5000 manat məbləğində aliment ödəmişdir. Onun hal-hazırda Cəlilabad rayon məhkəməsi tərəfindən çıxarılmış icra vərəqəsi üzrə cəmi 7000 manat məbləğində borcu vardır. Hal-hazırda həmin borcu ödəməyə imkanı yoxdur. Amma yaxın zamanlarda borcunu ödəyəcəkdir. Məhkəmə iclasında tələbkar X5 izahatında göstərdi ki, Cəlilabad rayon Məhkməsinin icra vərəqəsinə əsasən Şəxs 4 uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Borclu Şəxs borcunu ödəməkdən boyun qaçırmış və dəfələrlə icra şöbəsi tərəfindən borcun ödənilməsi tələb olunsa da, o, dəfələrlə icra məmurunu və onu aldatmış, borcunu ödəməkdən qəsdən yayınmışdır. Borclu Şəxs Cəlilabad rayon məhkəməsinin icra vərəqəsi üzrə 7000 manat aliment borcu yaranmışdır. Bundan başqa Cəlilabad rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 3(073)-201/2024 saylı qərarı ilə borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Ona görə də Şəxs inzibati qaydada həbslə bağlı cəza təyin edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Belə ki, işdə olan Cəlilabad rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 3(073)- 201/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, hazırki vaxtadək borcunu ödəməkdən qərəzli şəkildə qəsdən yayınmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 08 oktyabr 2024-cü il tarixdən, 16:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar