Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-877/2023 05.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törədən şəxs Şəxsnın, Zərərçəkmiş şəxsnın iştirakı ilə, Şəxs – xx.xx.1955-ci ildə Cəlilabad rayonu, Vladimirovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: xx.xx.2023-cü tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Ağayev X1 rayonu, Bayxanlı kəndi ərazisində “Germi” adlanan yerdə vətəndaş Zərərçəkmiş şəxs vuraraq dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, Cəlilabad rayonu, Bayxanlı kəndi ərazisində “Germi” adlanan yerdə onun atasına məxsus yurdu var. xx.xx.2023-cü il tarixdə həyətindəki quyuda su quruduğu üçün o, yurdun yaxınlığında olan Zərərçəkmiş şəxs evindən 40-50 metir uzaqlığda olan təxminən eni, 20 metr, uzunluğu 60 metir olan təbii gölə mal-qarasını su icməyə apararkən Zərərçəkmiş şəxs gölün ona məxsus olduğunu bildirərək onun heyvanlarını su içməyə qoymamış, bu zaman onunla Zərərçəkmiş şəxs Arasında sözlü mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs ondan qərəzli olaraq onun barəsində böhtan xarakterli şikayət etmişdir. O, Zərərçəkmiş şəxs vurmamaış, ona xəsarət yetirməmişdir. Əksinə Zərərçəkmiş şəxs onun yaxasından tutub itələyib yerə yıxmış və sinəsində oturub boğazından sıxmışdır. Daha sonra çətinliklə onun əlindən qurtarmışdır. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Cəlilabad rayonu, Bayxanlı kəndi ərazisində “Germi” adlanan yerdə onlara məxsus yurdları var. Şəxs da onlarla qonşudur. xx.xx.2023-cü il tarixdə o, Çingiz Əbilli və Fariz Əliyevlə həyətində ot kipləri yığarkən Şəxs ozünə məxsus mal-qarasını ona məxsus evinin 5 metr yaxınlığındakı eni 2 mert, uzunu 5 metr onlara məxsus gölə gətirməsini görmüş, bu zaman ona narazılığını bildirmiş və Şəxs mal-qarasını göldən su içməyə qoymamışdır. Bu zaman aralarında mübahisə yaranmış, Şəxs onun boğazından tutaraq şillə ilə üzunə vurmuşdur. Hazırda Şəxs ilə barışmamışdır. Ona görə də Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Fariz Əliyev və o, Zərərçəkmiş şəxs həyətində ot kipləri yığarkən Şəxs ozünə məxsus mal-qarasını ona məxsus evinin 20-30 metir yaxınlığındakı gölə gətirməsini görmüş bu zaman Zərərçəkmiş şəxs ona öz iradını bildirmiş və Şəxs mal-qarasını göldən su içməyə qoymamışdır. Bundan sonra aralarında mübahisə yaranmış, Şəxs onun sinəsindən itəlmişdir və Şəxs özü yerə yıxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Fariz Əliyev və o, Zərərçəkmiş şəxs həyətində ot kipləri yığarkən Şəxs ozünə məxsus mal-qarasını ona məxsus evinin 20-30 metir yaxınlığındakı gölə gətirməsini görmüş bu zaman Zərərçəkmiş şəxs Şəxs mal-qarasını göldən su içməyə qoymamışdır. Bundan sonra aralarında mübahisə yaranmış Şəxs onun boğazından tutaraq onun itəlmişdir və Şəxs özü yerə yıxılmışdır. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 638 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sağ yanaq çənə nahiyyəsində fasiləli sıyrıq müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X2 Bölməsinin 29 iyul 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxsnın törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Şəxsnın inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxsnın barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-877/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-877/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver