Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-878/2025 30.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Mehrəliyeva Ləman Həmzağa qızı, Cəlilabad rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı, xx.xx.2025-ci il tarixli və İXP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Cəlilabad rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* saylı, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı, xx.xx.2025-ci il tarixli və İXP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilmişdir ondan ötrü ki, o əvvəllər barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25520055 saylı qərara əsasən İXM-nin 346.1ci maddəsi ilə təqsirli bilinib 20 manat məbləğində, xx.xx.2025-ci il tarixli, EQ 25329291 saylı qərara əsasən İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat məbləğində və xx.xx.2025ci il tarixli, EQ/ 25486076 saylı qərara əsasən İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmiş, lakin həmin cərimə qərarlarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, materiallar aidiyyəti üzrə düzgün göndərilməmiş və bu səbəbdən toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Belə ki, inzibati xəta haqqında protokollarda Şəxs qeydiyyat ünvanı ünvan 1indən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs ünvan 2 ünvanında pasport qeydiyyatındadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsaəsn Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cəlilabad rayon polis şöbəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı, xx.xx.2025-ci il tarixli və İXP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cəlilabad rayon polis şöbəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı, xx.xx.2025-ci il tarixli və İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə Məhkəməsinə göndərilsin. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №3(073)-878/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-878/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver