Məhkəmə qərarları › İş №3(073)-879/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-879/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-879/2023 31.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1976-ci ildə Cəlilabad rayonu, Abazallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Abazallı kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. Qaradağ rayon məhkəməsinin 15 mart 2015-ci il tarixli, 2(002)-466/2015 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 103 mamant, cəmi 206 manat alimentin alınıb tələbkar X2 verilməməklə icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə iclasında Qaradağ rayon məhkəməsinin 15 mart 2015-ci il tarixli, 2(002)-466/2015 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 103 mamant, cəmi 206 manat alimentin alınıb tələbkar X2 verilməsi qət edilmişdir. Borclu Şəxs hal-hazırda Qaradağ rayon məhkəməsi tərəfindən çıxarılmış icra vərəqəsi üzrə 8000 manat borcu vardır. Borclu icradan yayındığı axtarışla gətrilmişdir. Şəxs borcunun ödənilməsi tələb olunsa da, o tələb olunan borcu ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində Qaradağ rayon məhkəməsinin 15 mart 2015-ci il tarixli, 2(002)-466/2015 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 103 mamant, cəmi 206 manat alimentin alınıb tələbkar X2 verilməsi qət edilmişdir. Onun hal-hazırda 8000 manat borcu vardır. Hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Ona vaxt verilərsə o borcunu hissə-hissə ödəyə bilər. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən qərəzli olaraq yayınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, maddi vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 31 avqust 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar