Məhkəmə qərarları › İş №3(073)-88/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-88/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-88/2025 30.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlununu sədrliyi, Məhkəmə iclasının katibi X3, X1 iştirakı ilə, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 16/1-200633 saylı qərardan X5 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 16/1-200633 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 16/1-200633 saylı qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə baxılmasını istəmədiyini bildirmiş və ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və X4 ərizəsini nəzərdən keçirərək, hesab edir ki, X1 DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 16/1-200633 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə verdiyi ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq məhkəmə, qərara aldı: X1 DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 16/1-200633 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə verdiyi ərizə geri qaytarılsın. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar