Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-882/2024 04.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Cəlilabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad rayon Polis şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 05 oktybar 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu Tahirli kənd sakini Zərərçəkmiş şəxs ot talvarını yandıraraq ona maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, inzibati işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 30 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 232- 1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün material Cəlilabad RPŞnin İTB-yə göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 6(073)-22/2024 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Cəlilabad rayon Polis Şöbəsində toplanılmış material üzrə müstəntiq Elməddin Əsmətovun “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 30 avqust 2024-cü il tarixli qərarı əsasız olduğundan ləğv edilmiş və yenidən araşdırılması üçün göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı Elməddin Əsmətovun 30 avqust 2024-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından sonuncunun İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Cəlilabad RPŞ-nin İTB-yə göndərilmişdir. Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlaməti olması əsası ilə onun barəsində 05 oktyabr 2024-cü il tarixdə MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli qərarı ilə Cəlilabad rayon Polis Şöbəsində toplanılmış material üzrə müstəntiq Elməddin Əsmətovun cinayət işinin başlanılmasının rədd edilməsi barədə 30 avqust 2024-cü il tarixli qərarı əsasız olduğundan ləğv edilmişdir və yenidən araşdırılması üçün göndərilmişdir. Məhkəmə hesab edir ki, Cəlilabad rayon Polis Şöbəsində toplanılmış material üzrə müstəntiq Elməddin Əsmətovun “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 30 avqust 2024-cü il tarixli qərarı əsasız olduğundan ləğv edildiyindən, Şəxs barəsində həmin qərar əsasında tərtib olunmuş 05 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №3(073)-882/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-882/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver