Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-883/2023 31.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, İnzibati xəta törətmiş şəxs X5 iştirakı ilə, X8 – xx.xx.1997-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilaba rayon məhkəməsinin 15 mart 2023-ccü il tarixli, 2(073)-581/2023 saylı icra vərəqəsinə əsasən borclu X4 cəmi 3804.85 manat pulun alınıb tələbkar "xxxx" QSC-yə verilməməklə icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, X8 törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Cəlilabad rayon İcra Şöbəsinin icra məmuru X7 izahatında göstərdi ki, Cəlilaba rayon məhkəməsinin 15 mart 2023-ccü il tarixli, 2(073)-581/2023 saylı icra vərəqəsinə əsasən borclu X4 cəmi 3397 manat pulun alınıb tələbkar "xxxx" ASC-yə verilməsi qət edilmişdir. X1 hal-hazırda Cəlilabad Rayon Məhkəməinin icra vərəqəsi üzrə cəmi 3397 manat borcu qalmışdır. Raul Mikayılova borcunun ödənilməsi tələb olunsa da, o tələb olunan borcu ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Ona görə də X6 inzibati qaydada cəza verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs X8 izahatında göstərdi ki, onun barəsində Cəlilaba rayon məhkəməsinin 15 mart 2023-ccü il tarixli, 2(073)-581/2023 saylı icra vərəqəsinə əsasən ondan cəmi 3397 manat pulun alınıb tələbkar "xxxx" ASC-yə verilməsi qət edilmişdir. X1 hal-hazırda Cəlilabad Rayon Məhkəməinin icra vərəqəsi üzrə 3397 manat borcu qalmışdır. Hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs X4 məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu X8 borclu olduğu məbləği ödəməkdən qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, X5 şəxsiyyətini, maddi vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş X8 Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 31 avqust 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-883/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-883/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver