Məhkəmə qərarları › İş №3(073)-889/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-889/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-889/2025 21.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş X6 iştirakları ilə xx.xx.1960-cı ildə Cəlilabad rayonunun Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 27 iyun 2025-ci il tarixdə Cəlilabad şəhəri, Ə.Rəhimov küçəsində şəxsi münasibətlər zəminində X4 və Zərərçəkmiş şəxs vuraraq onlara dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs protokolu müdafiə edərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığına görə barəsindəki material uşaq hüquqları ilə bağlı müvafiq komissiyaya göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, heç kimi vurmadığını və heç kimi döymədiyini göstərərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, zərəçəkmiş şəxslər ona məxsus evdə kirayə yaşayırlar. Onlardan evi tərk etmələrini tələb etsə də əməl etmirlər. Habelə zərərçəkmiş Zərərçəkmiş şəxs açıq-saçıq geyinir, bu barədə ona hər dəfə irad bildirir. Son dəfə irad bildirəndə isə Zəhra özü ona tərəf cumub hücum edib. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu göstərərək, onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Şəxs ilə qonşudurlar, özləri kirayədə yaşayırlar. Kirayə qaldıqları ev isə Xatirəyə məxsus deyil. Dəfələrlə onun (zərərçəkmişin) və qızı Zəhranın (digər zərərçəkmiş) barəsində əxlaqsız, nalayiq ifadələr işlədib. Sonuncu dəfə isə evdə ev işləri ilə məşğul olarkən həyətdə səs-küy eşitmiş, görmüşdür ki, Xatirə zərərçəkmişin qızı olan Zəhranı döyür. Dərhal evdən çıxıb həyətə düşərkən isə Xatirə ona da cırmaq ataraq xəsarət yetirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu göstərərək, onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Bildirmişdir ki, dəfələrlə onun barəsində əxlaqsız şayiələr yaymışdır, onu bütün məhəllədə biyablr etmişdir. Sonuncu dəfə nisbətən açıq paltar geyindiyinə görə Xatirə onun barəsində xoşagəlməz sözlər işlətmiş və üzərinə cumaraq normal geyimdə gəzməsini tələb etmişdir. Atası yük maşını sürücüsü işləyir, evdə az-az olur. Onun barəsində bu cür sözlər işlətməsi isə mənəvi cəhətdən onu sarsıdır. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, işdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in İTB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 409 saylı rəydən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs başın sağ təpə nahiyyəsində şişkinlik və sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 410 saylı rəydən görünür ki, müayinə zamanı X1 bazu oynağı, sol bud və hər iki baldır nahiyyəsində sıyrıqlar müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Müəyyən edilmişdir ki, tərəflər arasında qonşuluq münasibətləri ilə bağlı mübahisə baş vermişdir və nəticədə Şəxs zərərçəkmiş şəxslərə dərəcəsi müəyyən edilməyən xəsarət yetirmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun cinsini və yaşını, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar