Məhkəmə qərarları › İş №3(073)-89/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-89/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-89/2025 30.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə X4 Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı X2 16/1-201367 nömrəli inzibati tənbeh vermə haqqından qərarını ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə X4 Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı X2 16/1-201367 saylı inzibati tənbeh vermə haqqından qərarını ləğv edilməsi barədə şikayəti daxil olmuşdur. X1 şikayət ərizəsi öyrənilərkən məlum olmuşdur ki, ərizə şikayətçi tərəfindən imzalamamışdan məhkəməyə göndərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, şikayət ərizəsi onu məhkəməyə göndərmiş X3 geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 115.5-ci maddısinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı X2 16/1-201367 saylı inzibati tənbeh vermə haqqından qərarını ləğv edilməsi barədə şikayəti ərizəsi və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar