Məhkəmə qərarları › İş №3(073)-891/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-891/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-891/2023 15.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elnəddin Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-cı ildə Cəlilabad rayonunun Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Alar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 31 avqust 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 31 avqust 2023-cü il tarixdə, saat 17:01 radələrində Ələt- Astara yolunun Cəlilabad rayonunun ərazisindən keçən 122 km-də Cəlilabad rayonunun Alar kənd sakini Şəxs şəxsi təsərrüfatında olan iri buynuzlu heyvanı asfalt örtüklü yoldan ötürərkən Astara rayonu istiqamətində hərəkətdə olan Cəlilabad rayonu, Sabirabad kənd sakini Zərərçəkmiş şəxs öz hərəkət zolağında idarə etdiyi «QAZ 3302 111» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə heyvana çırpılmış və maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Xəta nəticəsində Cəlilabad rayonu, Sabirabad kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi «QAZ 3302 111» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, verdiyi izahatında göstərmişdir ki, 31 avqust 2023-cü il tarixdə, saat 15:50 radələrində şəxsi təsərrufatında olan iri buynuzlu inək heyvanı Ələt-Astara yolunun 122-ci km-də yolun sağından soluna keçirərkən 1 baş inək heyvanını yolu keçirərəkən Astara rayonu istiqamtində hərəkətdə olan «QAZ 3302 111» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cəlilabad rayonu, Sabirabad kənd sakini Zərərçəkmiş şəxs heyvanı vürmuşdur. Nəticədə heyvanın arxa sağ qıçı sınmış və dərisi soyulmuşdur. Hesab edir ki, onun əməlində ona istinad edilən inzibati xətanın tərkibi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə cərimə edilir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar