Məhkəmə qərarları › İş №3(073)-893/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-893/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-893/2023 06.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs – xx.xx.1966-cı il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu, Maştağa qəsəbəsi, Tərəvəz-Südçülük Sovxozunda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Cəlilabad RPŞ-dən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Polis əməkdaşları tərəfindən saxlanılarkən RPŞ-nin inzibati binasında içkili halda polisin qanuni tələblərinə tabe olmayaraq uca səslə nalayiq ifadələr işlədərək Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan əlavə o, xidməti vəzifəsini yerinə yetirən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törədən Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə RPŞ-nin inzibati binasında içkili halda polisin qanuni tələblərinə tabe olmayaraq uca səslə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları yaxınlaşaraq onu nizam-intizama dəvət etmişdir. Lakin o, buna məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Törətdiyi əməldən peşmandır. Səhvini başa düşür və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. İnzibati xəta haqqında işin materiallarında olan inzibati qaydada tutma haqqında AZA № 020850 saylı protokoldan görünür ki, inzibati xəta törətmiş Şəxs 05 sentyabr 2023cü il tarixdə saat 20:30-da Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 05 sentyabr 2023-cü il tarixli 226 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğun vəziyyəti olmuşdur. Şəxs törətmiş olduğu inzibati xəta özünün etirafı, MN ******* saylı inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs törətdiyi əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdiran hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Şəxs törətmiş olduğu inzibati xətalara görə Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sankiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə yuxarıda qeyd edilən normanın tələbləri baxımından qeyd edir ki, hazırkı iş üzrə Şəxs inzibati qaydada tutulmuşdur və məhkəmə onun barəsində həbsdən başqa inzibati tənbeh tədbirinin, yəni inzibati cərimənin tətbiq edilməsini məqsədəuyğun hesab etmişdir. Buna görə də, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 manat məbləğində cərimə tənbeh tədbirinin dörddə üç hissəsindən artıq olmayan həddə, yəni 150 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115,117, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respulikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Elan edilmiş qərarın surəti inzibati xəta törədən Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədr: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar