Məhkəmə qərarları › İş №3(073)-894/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-894/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-894/2023 06.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sayadxan oğlunun iştirakı ilə, Şəxs Sayadxan oğlu – xx.xx.1985-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2-ci qrup əlil, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Sayadxan oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 06 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs Sayadxan oğlu xx.xx.2023-cü il tarixdə Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən Cəlilabad rayon X2 ünvanına ucadan nalayiq ifadələr işlədərək X1 təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs Sayadxan oğlu izahatında göstərdi ki, O, Cəlilabad rayon Mərkəzi Xəstəxanasının təsərrüfat bölməsində fəhlə işləyir. Gündəlik olaraq xəstəxananın inzibati binasının təmizliyinə nəzarət edir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində evə getməmişdən əvvəl inzibati binanın təmizliyinə baxmış, inzibati binanın ikinci mərtəbəsində olan zaman palatada olan kondisonerin təmizliyinə baxmaq üçün palataya daxil olmuş, bu zaman adını Vüqar bildiyi şəsin telefon vasitəsi ilə otaqda çəkliş aparmasını görəndən sonra ona öz iradını bildirmiş, bundan sonra Vüqar onunla aqressiv danışaraq onun ünvanına nalayiq ifadələr işlətmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Vüqar onun əynindəki köynəyini cırmış, bir qədər sonra xəstəxanada xidmət aparan polis əməkdaşı gəlmiş və mübahisə bitmiuşdir. Əməlindən səmimi peşmandır. 2-ci qrup əlildir. Qeyd edilənləri nəzərə alaraq barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəxs Sayadxan oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf ifadəsi ilə yanaşı, zərəçəkmişin və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 029716 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs Sayadxan oğlu ömürlük 2ci qrup əlildir. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs Sayadxan oğlunun əməlindən səmimi peşman olması onun və ömürlük 2-ci qrup ömrlük əlil olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə inzibati xəta törədən Şəxs Sayadxan oğlu barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, yaşını və əməlindən səmimi peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Sayadxan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar