Məhkəmə qərarları › İş №3(073)-90/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-90/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-90/2023 30.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən - Cəlilabad Rayon Məhkəməsinin sədri Cəbrayılov Vüsal Adil oğlu, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İnzibati xəta törədən Şəxs Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və X2 iştirakı ilə Şəxs – xx xxxxxx 1991-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Maşlıq kəndinə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə barəsində Cəlilabad rayon X5 PB-dən Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ən e t d i m: Şəxs 10 yanvar 2023-cü il tarixdə saat 22 radələrində sərxoş vəziyyətdə Maşlıq kənd sakinləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X1 nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində sərxoş vəziyyətdə Maşlıq kəndində yerləşən çayxana gələrək həmkəndlisi Elmarı orada görmüş və onun yanında əyləşmişdir. Bir az keçdikdən sonra Elmar onu oturduğu masasından qovaraq ona qarşı nalayiq ifadələr işlətmiş, bunu eşidib o da Elmara cavabını vermişdir. Onların mübahisəsinə çayxananı işlədən Adəm yaxınlaşmış Elmarı müdafiə edərək onu söyməyə başlamışdır. Bir az keçdikdən sonra çayxanaya Adəmin qardaşı Eldənizin oğlu Pərvin gəlmiş, onlar köməkləşib onu çayxanadan küçəyə atmışlar. Bayırda qar yağdığı üçün yer sürüşkən olduğundan sürüşüb palçığa yıxılmış və yerə dəyəndə xəsarət almışdır. Yıxılan zaman sağ cibində saxladığı “Redmi-Not-11” markalı mobil telefonu asfalta dəyib ekranı sınmışdır. Çayxanadan aralanan kimi dərhal telefonla DİN-nin 102 xidmətini yığıb məlumat vermişdir ki, onu Adəm döyüb. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlib onu sərxoş vəziyyətdə görüb Göytəpə PB-nə dəvət etmişlər, orada sərxoş olduğu üçün izahat verə bilmədiyindən səhərisi gün- 11 yanvar 2023-cü il tarixdə hadisə barədə ətraflı izahat vermişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikasının İXM-in 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Odur ki, məhkəmə hesab edir ki, işə Azərbaycan Respublikasının İXM-in 62.4-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs2 iştirakı olmadan baxılmalıdır. Zərərçəkmiş şəxs X4 məhkəməyə izahat verərək, 10 yanvar 2023-cü il tarixdə saat 22 radələrində qardaşı Adəm ona zəng vuraraq bildirdi ki, onların həmkəndlisi Şəxs sərxoş vəziyyətdə çayxanaya gəlib narahatçılıq yaradır, oraya gəlib onu sakitləşdirib aparsın. Bu xəbəri eşidən kimi oğlu Pərvin Novruzovla birlikdə oraya getmişdir. Orada Şəxs sərxoş halda olduğunun həmkəndlisi Elmar ilə mübahisə etdiyini görmüşdür. Onu sakitləşdirməyə çalışsa da, Zamin onları söyüb təhqir etmiş, onlar da məcbur qalıb Şəxs qolundan tutub çayxanadan bayıra çıxartmışlar ki, narahatlıq yaratmasın. Zamin sərxoş olduğundan müvazinatini itirib yerə yıxılmış və əlindəki telefon yerə düşmüşdür. Zamin ayağa qalxandan sonra onları şikayət edəcəyi ilə bağlı hədələmişdir. O da Göytəpə PB-nə gedib Şəxs barəsində şikayət ərizəsi vermişdir. Şəxs Adəm tərəfindən döyülməsi barədə 102-ə yalan məlumat vermişdir. Nə Adəm nə də başqa şəxslər Zamini döyməmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə izahat verərək, 10 yanvar 2023-cü il tarixdə saat 22 radələrində həmkəndlisi Şəxs sərxoş halda kənddəki çayxanaya gəlib onu və Adəmi söyüb təhqir etməyə başlamışdır. Onlar Zamindən xahiş etmişlər ki, özünü yaxşı aparsın və çayxanadan çıxsın. Şəxs yenədə onları söyüb təhqir etmişdir. Adəm qardaşı Zərərçəkmiş şəxs1ova Zəng vuraraq məlumat vermiş və bir neçə dəqiqə sonra Eldəniz oğlu Pərvinlə birlikdə çayxanaya gəlmişdir. Onlar da Zamini sakitləşdirməyə çalışsalar da, o, nalayiq ifadələr işlətməyə davam etmişdir. O, sərxoş olduğu üçün çayxanada yerə yıxılmışdır. Onlar Zaminin özünü idarə edə bilmədiyini görüb məcbur qalıb Zamini sərxoş halda qolundan tutub çıxartmışlar ki, narazılıq yaranmasın. Zamin sərxoş olduğundan müvazinətini itirib yerə yıxılmış və əlindəki telefon yerə düşmüşdür. Zamin ayağa qalxandan sonra onları şikayət edəcəyi ilə bağlı hədələmişdir. Eldəniz bu hadisədən sonra Göytəpə polis bölməsinə gedib Şəxs barəsində şikayət ərizəsi vermişdir. İnzibati xəta haqqında işin materiallarında olan Səhiyyə Nazirliyin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya birliyi PHŞ-nin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli, 25 nömrəli ekspertiza rəyindən görünür ki, vətəndaş Şəxs alının sağ yarısında və sağ əlin ovuc səthində sıyrıq müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir.Törənmə müddəti 5-7 gün əvvələ uyğun gəlir və qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlmir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında işin materiallarında olan 10 yanvar 2023-cü il tarixli, 2 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, tibbi müayinə nəticəsində Şəxs orta ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyəti müəyyən olunmuşdur. İş materiallarında olan Cəlilabad rayon X5 PB-nin 20.01.203-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərardan görünür ki, Cəlilabad rayon Maşlıq kənd sakinləri X2 xx.xx.2023-cü il tarixli ərizə ilə Cəlilabad RPŞ-nın Göytəpə PB-nə, eyni zamanda Şəxs AR DİN-nin 102 qaynar xəttinə və həmin tarixli ərizəsilə Göytəpə PB-nə qarşılıqlı müraciətlərinə dair toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs törətmiş olduğu inzibati xəta özünün ifadəsi, zərərçəkmiş səxslərin ifadələri, inzibati xəta haqqında MN ******* saylı protokol, 16 yanvar 2023-cü il tarixli, 25 nömrəli ekspertiza rəyindən və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs törətdiyi xırda xuliqanlıq əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 31.4-cü maddəsinə əsasən, Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən, saat 13:00-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar