Məhkəmə qərarları › İş №3(073)-902/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-902/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-902/2023 08.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən, Cəlilabad rayon Məhkəməsinin hakimi Cəbrayılov Vüsal Adil oğlu, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, Müdafiəçi Vəkil, İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs – xx xxxxxxxx 1991-ci il tarixdə Cəlilabad rayonu, Muğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəlilabad rayonu, Muğan kəndində qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad RPŞ-dən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 08 sentyabr 2023-cü il tarixdə saat 10:15 radələrində Cəlilabad rayon Məhkəməsinin inzibati binasında məhkəmə aparatı işçilərinin xidməti otağına daxil olaraq ucadan səs-küy salaraq iş rejimini 30 dəqiqə ərzində pozmuş, özünü nalayiq apararaq qeyri-etik hərəkətlərə yol vermişdir. Həmin hərəkətləri ilə o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs özünü barəsində olan inzibati xəta haqqında material üzrə qismən təqsirli bilərək verdiyi izahatında bildirdi ki, 07 sentyabr 2023-cü il tarixdə kömək etdiyimiz vətəndaş olan Raci adlı şəxs müraciət etmişdir ki, onun iddiasına hakim Elxan Əmirəliyev imtina verib. 08 sentyabr 2023-cü il tarixdə vətəndaşla birlikdə Cəlilabad rayon Məhkəməsinin binasına gılmişlər və o, hakim Elxan Əmirəliyevin köməkçisinə bildirmişdir ki, qarşı tərəfin şəxsiyyət vəsiqəsinin surətinə görə imtina səbəbi ola bilməz. Ona bildirmişlər ki, imtinanın səbəbi sənədlərin əslinin verilməməsidir. Mən də onlara bildirdim ki, “ Sizin tələbiniz əsassızdır və siz əsassız imtina vermiziniz. Birinci dəfə deyil, verirsiniz ləğv elətdiririk”. Köməkçi durub ondan tələb etmişdir ki, çölə çıxsın. O, buna etiraz edərək bildirmişdir ki, otağı onlara dövlət verib, ora özəl deyil. Həmin vaxtıs səsə hakim çıxıb ona bildirmişdir ki, gedib dəftərxanaya müraciət etsin. O da sual vermişdir ki, niyz vətəndaşları süründürürlər. Bundan sonra polis əməkdaşları gəlib onu aparmışdır. Hazırda əməlindən peşmadır, səhvini başa düşür və gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəkdir. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad rayon Məhkəməsində iclas kitibi vəzifəsində işləyən X3 verdiyi izahatında bildirdi ki, Şəxs 08 sentyabr 2023-cü il tarixdə saat 10:15-də özünə aid olmayan, vətəndaş X6 işi ilə bağlı onların iş otağına daxil olaraq, özünü mətbuat-mediya nümayəndəsi kimi təqdim etmiş, və yüksək səslə hakim Elxan Əmirəliyev tərəfindən iddia ərizəsinin geri qaytarılmasını əsas gətirərək özünü nalayiq aparmış, heç bir etik normaya əməl etməmiş, yüksək səslə nümayişkəranə şəkildə ətrafdakıların diqqətini cəlb etmək məqsədilə səs salaraq onların işinə maneəçilik yaratmış və iş rejimini pozmuşdur. Şəxs hakimin qanunsuzluq etdiyini, otağından çıxıb ona cavab verməli olduğunu, hakimin cəzalandırlacağını yüksək səslə bildirmişdir. Həmin vaxtı məhkəmə inzibati binasına proseslərlə bağlı gəlmiş digər şəxslər də olmuşdur. O, Şəxs nizam-intizama dəvət etsə də, Şəxs tapşırığa əsasən məhkəməyə nəzarət etdiyini bildirmişdir. Şəxs dəfələrlə izah edilməsinə baxmayaraq məhkəmənin iş rejimini 30 dəqiqədən çox pozmuşdur. Hər ona hansı müraciəti olduğu halda rəsmi qaydada məhkəmənin dəftərxanasına müraciət edə biləcəyi izah olunsa da o, yenə də səs-küy salaraq hərəkətlərinə davam etmiş, onlara hədə qorxu gələrək barələrində tədbirlər görəcəyini bildirmişdir. Nəhayət hakim otağından çıxaraq səs küyün dayandırılmasını tələb etsə də Şəxs buna məhəl qoymamış və nəticədə hakim mühafizənin dəvət edilməsini və hadisəni aktlaşdırılmağı tapşırmışdır. Daha sonra mühafizə gəlmiş və Şəxs nəzarətə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyən X2, X4 və operator vəzifəsində işləyən X5 da eyni məzmunlu izahat verərək şahid X1 göstərdiklərini təsdiq etmişlər. Materiala əlavə olunmuş 08 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, Şəxs 08 sentyabr 2023-cü il tarixdə saat 10:15-də özünə aid olmayan, vətəndaş X6 işi ilə bağlı Cəlilabad rayon məhkəməsinin hakimi Elxan Əmirəliyevin tabeçiliyində olan işçilərin iş otağına daxil olaraq, özünü mətbuat-mediya nümayəndəsi kimi təqdim edərək, yüksək səslə hakim Elxan Əmirəliyev tərəfindən iddia ərizəsinin geri qaytarılmasını əsas gətirərək özünü nalayiq aparmış, heç bir etik normaya əməl etməmiş, yüksən səslə nümayişkəranə şəkildə ətrafdakıların diqqətini cəlb etmək məqsədilə səs salaraq işçilərin işinə maneəçilik yaratmış və iş rejimini pozmuşdur. O, hakimin qanunsuzluq etdiyini, hakimin otağından çıxıb ona cavab verməli olduğunu, hakimin cəzalandırlacağını yüksək səslə bildirmişdir. Həmin vaxtı məhkəmə inzibati binasına proseslərlə bağlı gəlmiş digər şəxslərdə olmuşdur. Şəxs nizam-intizama dəvət etsələr də o, tapşırığa əsasən məhkəməyə nəzarət etdiyini bildirmişdir. 30 dəqiqədən çox, dəfələrlə izah edilməsinə baxmayaraq məhkəmənin iş rejimini pozmuşdur. Hər hansı müraciəti olduğu halda rəsmi qaydada məhkəmənin dəftərxanasına müraciət edə biləcəyi izah olunsa da o, yenə də səs-küy salaraq hərəkətlərinə davam etmiş, işçilərə hədə qorxu gələrək barələrində tədbirlər görəcəyini bildirmişdir. Nəhayət hakim otağından çıxaraq səs küyün dayandırılmasını tələb etsə də o, məhəl qoymamış və nəticədə hakim mühafizənin dəvət edilməsini və hadisəni aktlaşdırılmağı tapşırmışdır. Şəxs törətmiş olduğu inzibati xəta özünün qismən etirafı, inzibati xəta haqqında protokol, şahidlərin izahatları və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Azərbaycan Respulikası İXMnin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Şəxs törətmiş olduğu inzibati xətalara görə Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respulikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarına əlavə olunmuş 08 sentyabr 2023-cü il tarixli, AZA 020841 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 08 sentyabr 2023-cü il tarixdə, saat 13:25-də inzibati qaydada tutulmuşdur. Buna görə də Şəxs inzibati həbs etməsinin əvvəli 08 sentyabr 2023-cü il tarixdən, saat 13:25-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115,117, 129, 130-cu maddələrini rəhbər tutaraq qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 08 sentyabr 2023-cü il tarixdən, saat 13:25-dən hesablansın. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Elan edilmiş qərarın surəti inzibati xəta törədən Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar