Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-902/2025 01.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş 12 iyun 2025-ci il tarixli, EQ 28525633 nörməli inzibati tənbeh vermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş 12 iyun 2025-ci il tarixli, EQ 28525633 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (bir min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X1 həmin qərardan şikayət verərək, qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abdullazadənin 12 iyun 2025-ci il tarixdə əsassız olaraq onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, 12 iyun 2025-ci il tarixdə saat 13:13-də onun idarə etdiyi “MAN TGX” yük markalı ** EQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisi normadan çox olmuşdur. İdarə etdiyi avtomobilin çəkisi səhər idarədən çıxarkən çəkdirmiş və çəkisi 38.840 kq gəlmişdir. Halbu ki, xx.xx.2025-ci il tarixdə, saat 13:13-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində elektron tərəziyə düşərkən avtomobilin çəkisi 43.260 kq gəlmişdir, yəni normadan çox olmuşdur. Bunun səbəbi isə elektron tərəzidən onunla eyni vaxtda “Qazel” markalı avtomobilin də keçməsi olmuşdur. Həmin halı əks etdirən video görüntünü diskə əlavə etmiş və aydın şəkildə görünür. Barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nın 353.5-ci maddəsi ilə EQ 28525633 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar qəbul olunaraq 1200 manat cərimə olunub. Həmin qərarla razılaşmır, həmin qərar tam əsassızdır ona görə də ləğv olunmalıdır. Odur ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin 12 iyun 2025-ci il tarixli, EQ 28525633 nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanunsuz və ədalətsiz hesab edir. Ona görə də hazırkı qərardan şikayət vermək qərarına gəlmiş və qeyd olunanların nəzərə alınaraq onun barəsində tərtib olunmuş 12 iyun 2025-ci il tarixli, EQ 28525633 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət əsassızdır. İşdə olan DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abdullazadə tərəfindən tərtib edilmiş 12 iyun 2025-ci il tarixli, EQ 28525633 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 1200 (bir min iki yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İşdə olan foto şəkillərdən və şikayətçi tərəfindən təqdim edilmiş 1 ədəd DVD diskdəki video görüntüdən müəyyən edilir ki, şikayətçinin idarə etdiyi yük avtomobili xüsusi sertifikatlı elektron tərəzilər quraşdırılmış postdan keçərkən normadan artıq çəki daşıdığına görə (40000 kq icazə limiti olduğu halda 43260 kq) cərimə edilmişdir. Görüntülərdən o da müəyyən edilir ki, şikayətçiyə məxsus yük avtomobili tərəzidən keçən anda paralel zolaqda digər yük maşını da tərəzidən keçir. Şikayətçi bu hala, yəni hər iki yük maşını eyni vaxtda keçdiyinə görə ona əlavə çəki yazıldığını iddia etsə də məhkəmə hesab edir ki, həmin hal əsassızdır. Belə ki, yük maşınları ayrı-ayrı zolaqlarda hərəkətdə olmuşlar və hər bir zolaqda hərəkət edən tərəzi yalnız həmin zolaqda olan avtomobilin çəkisini müəyyən edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 57, 75, 110-115, 128 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərardan, surəti alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-902/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-902/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver