Məhkəmə qərarları › İş №3(073)-906/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-906/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-906/2023 08.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs – xx.xx.1995-ci ildə Cəlilabad rayonu, Pərdi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşqul olan, Cəlilabad rayonu, Pərdi kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 08 sentyabr 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat Cəlilabad rayonu, Pərdi kəndində həmkəndlisi X3 döyərək ona dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahtında bildirdi ki, təxminən 30 il bundan əvvəl dövlət tərəfindən onun atası X4 Qaz 53 markalı avtomobil verilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində həmkəndlisi Şamil adlı şəxsə avtomobillə ot aparmış, həmin vaxtı Əbülfətin evinin yanından keçərək getmiş, geri qayıdan zaman Əbülfət onu saxlayaraq qazının onun tərəfindən vurulmasını deyəndə o qazı vurmadığını bildirmiş, bu mövzuda aralarında sözlə mübahisə olmuş, bundan sonra avtomobilə minib oradan kənarlaşmış, təxminən iki saatdan sonra Əbülfətin qonşuluğunda yaşayan qayınatasının evinə getmiş, küçədə Əbülfəti görmüş, sonuncudan onun barəsində şikayət etməsini soruşanda Əbülfət yaxşı etmişəm sözünü demiş, həmin vaxtı Əbülfətin həyat yoldaşı Nisə gəlib ona, qazı niyə vurmusan, yabanı qarnına soxaram sözünü demiş, Əbülfətin gəlini yerdən daş götürüb ona tərəf atmasına baxmayaraq daş ona dəyməmiş, həmin vaxtı o, Əbülfətə yaxınlaşmış, lakin onu vurmamış, aralarında sözlü mübahisə olmuş, həmin vaxtı həmkəndlisi Məmmədov Murad onu tutataq həmin yerdən kənarlaşdırmışdır. O, Əbülfəti vurmamış və ona qarşı müqavimət göstərməmişdir. Hazırda etdiyi əmələ görə özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. X5 ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs X5 izahatında bildirdi ki, Şəxs onun həmkəndlisi və qohumudur. Onun və ailə üzvlərinin Şəxs ilə heç bir ədavətləri yoxdur. xx.xx.2023-cü il tarixdə, saat 17 radələtrində, yaşadığı evin həyətində olan zaman həyətində olan bir baş qazın darvazanın altından küçəyə çıxmasını görmüş, nəvəsi X6 qazı həyətə gətirmək üçün küçəyə çıxmış, həmin vaxtı onun evinin yanından keçən Şəxs Qaz 53 markalı avtomobil ilə hərəkətdə olan zaman onun qazını vurmuş, bu hadisəni isə nəvəsi Rahib həyətə daxil olaraq bildirmişdir. Bundan sonra o, küçəyə çıxanda qazın tələf olmasını görmüş, təxminən 10 dəqiqədən sonra Adil avtomobillə geri qayıdan zaman ona, nə üçün qazı vurub getməsini deyəndə Adil qazı vurmadığını demiş, o, Adildən şübhələndiyini deyəndə sonuncu yaxşı edib vurmuşam sözünü demiş və avtomobilə minərək yüksək sürətlə oradan kənarlaşmış, o, isə bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermiş, polis şöbəsindən onunla əlaqə saxlayan əməkdaş isə bununla bağlı araşdırma aparılacağını demiş, bundan iki saat sonra, küçədə öz çəpərinin yanında mal-qarasını həyətə salmaq istəyən zaman Adilin qaynı Muradın həyətində olmasını görmüş, həmin vaxtı Adil onun barəsində polisə şikayət etməsində günahlandıraraq onun ünvanına nalayiq ifadələr deməyə başlamış, o, isə Adilə danışığına fikir verməsini, söyüşlə danışmamasını demiş, bundan sonra Adil çəpərdən tullanıb onun sinə nahiyəsinə bir yumruq zərbəsi vurduğu üçün o yerə yıxılmış, onun kürək və sol qıçı ağrımağa başlamış, buna baxmayaraq o ayağa qalxıb həyətə daxil olmuş və Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə təkrar müraciət etmişdir. Hazırda Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 481-№-li rəyindən görünür ki, 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sol bazu nahiyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarına əlavə edilmiş Cəlilabad RPŞ-nin TB-nin 20 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad RPŞ-nin TB-yə göndərilməsi qərara alınmışdır. İzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə həmin məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İzibati Xətalar Məcəlləsinin 53.1.9-ci maddəsinə görə həmin məcəllənin 157 və 158ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; Məhkəmə inzibati xəta törətmiş şəxslə Şəxs ilə zərərçəkmiş şəxs X2 barışdıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə zərərçəkmiş şəxs X5 ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar