Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-908/2025 05.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “SAMAND SOREN’’ minik markalı, **-LU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Cəlilabad şəhəri Heydər Əliyev prospektində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.8-ci maddəsində nəzərədə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-cı il tarixdə saat 13:00 radələrində idarə etdiyi "Samand Soren markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə "Baş yol" yol nişanının təsir dairəsində olan Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olmuş, həmin vaxt sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 idarə eldiyi "Mercedes C-class" markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ikinci dərəcəli yol olan Cəlilabad şəhəri, A.A. Bakıxanov küçəsindən anidən qarşısına çıxdığı üçün toqquşma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsin “canlı şəxsin ekspertizası” adlanan xx.xx.2025-ci il tarixli, 232 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 başın sağ təpə nahiyəsində əzilmiş yara müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-8/907/2025 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza rəyindən görünür ki, İ variant: Samand Soren markalı avtomobil baş yolda hərəkətdə olarkən sağ tərəfdən ikinci dərəcəli yoldan qarşısına çıxan Mersedes Benz C180 markalı avtomobillə toqquşması şəraitində: 1a.2a Mersedes Benz C180 markalı, 77CE207 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu Zərərçəkmiş şəxs1 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onur həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1a.2b. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə: -hərəkət üçün təhlükə yaranan anda Samand Soren markalı 99LU541 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 48,7 metrədən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində "yol hərəkəti haqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. -hərəkət üçün təhlükə yaranan anda Samand Soren markalı, 99LU541 dövlət qeydiyyal nişanlı avtomobilin toqquşma yerindən 48,7 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikas Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İl variant: Mersedes Benz C180 markalı avtomobil əvvəlcədən böyük vaxt ərzində dayanmış vəziyyətdə olarkən sol tərəfdən gələn Samand Soren markalı avtomobillə toqquşması şəraitində 1a.2a Mersedes Benz C180 markalı 77CE207 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı Mersedes Benz C180 markalı 77CE207 dövlət qeydiyyat nişanlı avtomobil dayanmış vəziyyətdə olduğundan sürücü Zərərçəkmiş şəxs1 hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, tam hüqquqi məna kəsb etdiyindən həmin hal təhqiqat (istintaq) orqanları və məhkəmə tərəfindən qiymətləndirilir. 1b.2b. Samant Soren markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Şəxs Cəlilabad Rayon Polis Şöbəsində xx.xx.2025-ci il tarixdə verdiyi izahatdan görünür ki, o, gəlinləri Zərərçəkmiş şəxs2 xəsarət alması və Cəlilabad RMX-na daxil olması ilə əlaqədar Cəlilabad RPŞ-nə verilmiş məlumatla tanış olmuşdur. Belə ki, o, xx.xx.2025-cı il tarixdə saat 13:00 radələrində idarə etdiyi "Samand Soren markalı, **-LU- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə "Baş yol" yol nişanının təsir dairəsində olan Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olmuş, həmin vaxt sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 idarə eldiyi "Mercedes C-class" markalı, **-CE-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ikinci dərəcəli yol olan Cəlilabad şəhəri, A.A. Bakıxanov küçəsindən anidən qarşısına çıxdığı üçün toqquşma ilə nəticələnən yolnəqliyyat hadisəsi baş vermişdir. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs2 xəsarət alması faktı əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş vətəndaşlar Zərərçəkmiş şəxs1 və Şəxs barəsində müvafiq protokol tərtib olunmasından ötrü qərarın surəti icra olunması üçün Cəlilabad RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati materialda olan sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №3(073)-908/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-908/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver