Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-909/2024 15.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs – xx.xx.1955-ci ildə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: 14 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 sentyabr 2024-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmiş şəxsin izahatları, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirdi ki, 2023-cü ildə oğlu Xaçmaz rayonunda hadisə törətdiyi üçün işi polis şöbəsində araşdırılmışdır. O yaşlı adam olduğundan oğlunun işi ilə məşğul ola bilmədiyi üçün qohumu və həmdkəndlisi Zərərçəkmiş şəxs zəng edərək oğluna kömək etməsini xahiş etmişdir. Habil onun oğluna kömək etmişdir. Daha sonra Zərərçəkmiş şəxs ona zəng edərək oğluna kömək edən zaman 3600 manat pulunun çıxmasını bildirmişdir. O da qarşılığında Habilə təqaüd ilə dolandığını və həmin məbləği geri qaytara bilməyəcəyini bildirmişdir. 24 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs onun evinə gələrək, ondan 3600 manat pulu geri istəmişdir. O isə Habilə sənə verəcək pulum yoxdur sözünü demişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs onunla mübahisə etdiyi üçün o da yerdə olan beli götürüb Habilin ayaq nahiyəsinə vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Sonda isə o, məhkəməyə yazılı ərizə verərək, zərərçəkmiş şəxslə barışdığını və borcunu geri ödəyəcəyini bildirdi və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs ilə heç bir ədavəti yoxdur. Şəxs ona 3600 manat verəcəyi olmuş, lakin Əlikişi həmin pulu geri qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də 24 sentyabr 2024-cü il tarixdə, saat 13 radələrində Şəxs evinə getmiş və görüşmüşlər. Həmin vaxtı Əlikişiyə pulunu geri verməsini bildirmiş, Əlikişi isə qarşılığında ona nalayiq sözlər deyərək üzərinə hücum çəkmiş və həyətində olan belin taxta hissəsi ilə onun sol qıçına bir neçə dəfə vurmuşdur, bel sındığı üçün Əlikişi yaba götürərək onun üzərinə yenidən hücum çəkmişdir. Bu zaman o həyətdən çıxaraq polis şöbəsinə getmiş və Şəxs şikayət etmişdir. Sonda isə o, məhkəməyə yazılı ərizə verərək, barəsində inzibati xəta törədən şəxs Şəxs ona olan borcunu ödəyəcəyini bildirmiş, barışmışlar və Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin 25 sentyabr 2024-cü il tarixli, 815 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs sol bud nahiyəsində qançır və sol baldır nahiyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyaların təsirindən törənmişdir, törəmənin müddəti qərarda qeyd olunan 24 sentyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X3 Bölməsinin 30 sentyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X1 törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə verdiyi yazılı ərizəsindən görünür ki, inzibati xəta törədən şəxs Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinin qeydinin 3-cü bəndində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törədən şəxs X2 ilə Zərərçəkmiş şəxs barışdıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs X2 Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-909/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-909/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver