Məhkəmə qərarları › İş №3(073)-915/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-915/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-915/2023 13.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törədən şəxs Şəxsnın, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1989-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: xx.xx.2023-cü tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun ikinci arvadıdır və onlar 2020-ci ildə ailə qurmuşlar. Birinci evlilikdən 3 övladı vardır. Rüqəyyə ilə evləndikdən sonra onlar valideyinlərinin evində yaşamışlar. Son vaxtlar valideyinlərinə qarşı düzgün rəftar etmədiyi üçün Rüqəyyəyə dəfələrlə nəsihət vermiş, lakin Rüqəyyə onun dediklərinə əməl etməmişdir. O da xx.xx.2023-cü il tarxdə “mənə lazım deyilsən”- deyib Rüqəyyəni Masallı rayonuna atasının evinə aparmışdır. Həmin günün axşamı Rüqəyyəni anası geri gətirmiş, lakin atası Vahid etraz etdiyi üçün Rüqəyyəni ansı özü ilə aparmış. Ertəsi gün isə Rüqəyyənin atası gələrək cehiz əşyalarını aparmışdır. Nə o, nə atası Vahid, nə də bacısı Qəmər yaşadıqları evdə Rüqəyyəni döyməmiş ona xəsarət yetirməmişdirlər. Sonuncunun onların barəsində yazdığları yalan və böhtandır. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs ilə 2020-ci ailə həyatı qurmuşlar və həmin vaxtan Cəlilabad rayon, Kazımabad kəndində Turalın valideyinlərinə məxsus evdə yaşamışlar. Lakin xx.xx.2023-cü il tarixdə qaynatası Vahid evdən çıxmasını ondan tələb etmiş, “Hara gedim?”- deyə cavab verdikdə qaynatası Vahid şillə ilə onun sifət nahiyyəsinə vurmuş, baldızı Qəmər onun boğazından tutmuş, əri Tura isə saçından tutub yerə yıxaraq sürümüşdür. Sonra Tural onu atasının evinə aparmış və Masallı rayonunda ev kiralayıb orda yaşayacaqlarının bildirmiş, sonradan Turalın onu aldatdığını bilərək xx.xx.2023-cü il tarixdə ərizə ilə X2 şikayət etmişdir. Hazırda Şəxs ilə barışmamışdır. Ona görə də Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 811 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sol bazu və sağ bud nahiyyəsində qançır, sol sağrı, sol bud, sol baldır və sağ sağrı nahiyyələrində sıyrıqlar müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X1 Bölməsinin 10 avqust 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxsnın törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Şəxsnın inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxsnın barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar