Məhkəmə qərarları › İş №3(073)-918/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-918/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-918/2024 01.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Zərəçəkmiş şəxs X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1964-cü ildə Masallı rayonu, Xıl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 1-ci qrup əlil, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:40-da özünə məxsus «Lifan LF 7132/2 320 » markalı, **- CZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan köhnə Ələt- Astara yolunun 145-ci km hərəkətdə olarkən Masallı şəhər sakini X4 məxsus “Nissan Sunny” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və Aqil Metiyevə məxsus avtomobilə zərər vurmuşdur. Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, 28 sentyabr 2024-cü il tarixdə, saat 21:40-da özünə məxsus «Lifan LF 7132/2 320» markalı, **-CZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Ələt-Astara yolunun 145-ci km-də hərəkətdə olarkən Masallı şəhər sakini X4 məxsus “Nissan Sunny” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və Aqil Metiyevə məxsus avtomobilə zərər vurmuşdur. Ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, əməlindən səmimi peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X6 izahatında göstərdi ki, o, 28 sentyabr 2024cü il tarixdə, saat 21:40-da özünə məxsus “Nissan Sunny” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə köhnə Ələt-Astara yolunun 145-ci km-də hərəkətdə olarkən Masallı şəhər sakini Şəxs «Lifan LF 7132/2 320» markalı, **-CZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir və ona məxsus avtomobilə zərər dərmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs və zərəçəkmiş şəxs X3 izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Şəxs törətdiyi əməlində 1-ci qrup əlilliyinin olması onun məsuliyyətini yüngülləşdirən haldır və onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimənin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar