Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-92/2024 05.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta törətmiş şəxs Şəxs, Şəxs – 31.03.181-ci ildə Cəlilabad rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, hımin ünvanda yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 05 fevral 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Cəlilabad rayon Məhkməsinin 27 may 2022-ci il tarixli, 2 (073)-452/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 29547 manat pul və 180 manat dövlət rüsumu olınıb tələbkar X2 verilməməklə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Cəlilabad rayon İcra Şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, Cəlilabad rayon Məhkməsinin 27 may 2022-ci il tarixli, 2 (073)-452/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 29547 manat pul və 180 manat dövlət rüsumu olınıb tələbkar X2 verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmiş və çağrışlardan yayınmışdır.Barəsində axtarış verilmi, axtarışla tutularaq Cıəlilabad rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs hal-hazırda Cəlilabad rayon məhkəməsinin icra vərəqəsi üzrə cəmi 29547 manat pul və 180 manat dövlət rüsumu borcu vardır. Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Cəlilabad rayon Məhkməsinin 27 may 2022-ci il tarixli, 2 (073)-452/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 29547 manat pul və 180 manat dövlət rüsumu olınıb tələbkar X2 verilməsi qət edilmişdir. Onun hal-hazırda Cəlilabad rayon məhkəməsi tərəfindən çıxarılmış icra vərəqəsi üzrə cəmi 29547 manat pul və 180 manat məbləğində borcu vardır. Hal-hazırda həmin borcu ödəməyə imkanı yoxdur. Məhkəmədən ona vaxt verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən yayınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 3(106)-351/2023 saylı qərarından görünür ki, Cəlilanad rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 3(073)-730/2022 saylı qərarı dəyişdirilərək borclu Şəxs 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, hazırki vaxtadək borcunu ödəməkdən qərəzli şəkildə qəsdən yayınmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-92/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-92/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver