Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-920/2025 04.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, Cəlilabad Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 31 avqust 1995-ci il tarixdə Cəlilabad rayonu Məlikqasımlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Cəlilabad Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, zərərçəkmişlə heç bir düşmənçilik və ədavətinin olmadığını, Azərlə mübahisə zamanı onu döymədiyini, ona heç bir xəsarət yetirmədiyini, onun dediklərinin yalan və böhtan olduğunu bildirmişdir. Göstərilənlərə nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Əsgər adlı şəxsi uzun müddətdir, onun oğlu Səbranı isə təxminən iki ildir tanıdığını, aralarında heç bir ədavət olmadığını, ailə üzvlərinə Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində pay torpaq sahəsi verildiyini, həmin sahənin yanında qazilər üçün də torpaq sahəsi ayrıldığını, o cümlədən Səbrana da belə sahə verildiyini, öz sahəsində kartof, qarşı tərəfin isə noxud əkdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində sahədə olarkən Əsgər ona “noxudumu tapdalamısan” deyərək nalayiq ifadələr işlətmiş, sonra həmin yerdən uzaqlaşmışdır. Bir neçə dəqiqə sonra Səbran gəlib onunla mübahisə etmiş, badalaqla yıxaraq, yerdə bir neçə dəfə vurmuşdur. Daha sonra Əsgər də gəlib təhqirlərini davam etdirmiş, o isə hadisə yerindən uzaqlaşaraq 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 22 iyun 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 29 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülmüş və ona xəsarətlər yetirilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından rədd materialının Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad Rayon Polis Şöbəsinin, İTB-yə göndərilməsi qərara alınmışdır. “Məhkəmə-tibbi ekspertizası”nın xx.xx.2025-ci il tarixli, 210 saylı tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bel-oma nahiyəsində qançır və sağ baldır nahiyəsində müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixəuyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olaraq başlanılmış iş üzrə icraat həmin Məcəllənin 104.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardadla Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Lakin icraatın dayandırıldığı dövr ərzində şəxsin olduğu yer məlum olmadığından onun barəsində axtarış tədbirlərinin həyata keçirilib-keçirilmədiyini təsdiq edən sənədlər – yəni axtarış işi materialları – inzibati xəta haqqında iş materialarına əlavə edilməmişdir. Bu səbəbdən, xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə sorğu göndərilərək, Şəxs barəsində axtarış işi açılıb-açılmaması, əgər axtarış elan edilibsə, bu barədə məlumatın təqdim olunması tələb edilmişdir. Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 71/2-23331/25 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olaraq, Şəxs barəsində başlanmış inzibati icraat onun olduğu yer müəyyən edilmədiyi üçün xx.xx.2025-ci il tarixdə Məcəllənin 104.1.1-ci maddəsinə əsasən dayandırılmış, lakin həmin dövrdə şəxsin axtarışda olması barədə tədbir görülməmişdir. Buna səbəb kimi İnzibati Xətalar Məcəlləsində belə hallarda axtarışın elan olunmasını nəzərdə tutan normanın mövcud olmaması göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxsin izahatı, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 210 saylı rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs özünü AR İXM-nin 157-ci maddəsi ilə qismən təqsirli bilsə də, zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatlar, o cümlədən, müvafiq məhkəmə-tibbi ekspertizasının rəyi ilə onun təqsirli olması sübuta yetirildiyindən məhkəmə onun izahatını özünümüdafiə xarakterli izahat kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə AR İXM-nin 38-ci maddəsinin tələblərini nəzərə alaraq hazırki material üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır Hazırki materialdan görünür ki, Şəxs tərəfindən AR CM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta 06 aprel 2025-ci il tarixdə törədilmiş və həmin fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 12 aprel 2025-ci il tarixdə qəbul edilmişdir ki, belə olan halda həmin rədd qərarının qəbul edildiyi vaxtdan 03 ay 16 gün müddət keçdiyindən və bununla da həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etməyə imkan verən 03 aylıq müddət də keçmiş hesab olunmaqla bu hal, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin AR İXM-nin 157-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməsini və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qeyd olunan Plenum Qərarından da göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs olduğu yer müəyyən edilmədiyi üçün onun barəsində axtarış tədbirləri aparılmalı idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində bu məsələni bir başa tənzimləyən norma nəzərdə tutulmasa da həmin hüquqi boşluq hallarında Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müvafiq normalarının analogiya qaydasında tədbiqinə yol verilir. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 157-ci maddəsi ilə təqsirli olması iş materialları ilə sübuta yetirilsə də, həmin inzibati xəta ilə bağlı inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 40, 43, 53.1.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən AR İXM-nin 53.1.6-cı maddəsinə əsasın xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №3(073)-920/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-920/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver