Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-921/2023 19.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, Şəxs, xx.xx.1990-cü ildə Cəlilabad rayonu, Sərhədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Cəlilabad rayonu, Sərhədabad kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında12 sentyabr 2023-cü il tarixli, MN ******* protokola görə Şəxs 01 iyun 20223-cü il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində yaşayan həmkəndlisi X5 evinin pəncərəsinin şüşəsini sındıraraq ona 150-200 manat dəyərində ziyan vurmuşdur. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, verdiyi izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, günorta saatlarında bacısı oğlu Zərərçəkmiş şəxs onun yaşadığı Cəlilabad rayonu, Sərhədabad kəndində olan evinə gəlmiş, o Mübarizdən onun yaşadığı ünvana gəlməsinin səbəbini soruşandan sonra aralarında sözlə mübahisə olmuş və əsəbləşdiyi üçün Mübarizə məxsus Samsunq markalı mobil telefon cihazını götürüb yaşadığı evin həyətinə atmış, lakin həmin telefonun hansı formada zədələnməsini bilməmişdir. Aralarında olan mübahisədən təxminən bir saat sonra o yaşadığı evin açıq balkonunda oturub özünə məxsus İphone 14 Pro markalı mobil telefon cihazı əlində olan zaman bacısı oğlu Mübariz xəbərsiz formada yaxınlaşaraq onun əlində olan mobil telefonu götürərək oradan uzaqlaşdığı üçün o da Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Hazırda isə mobil telefon saz və işlək vəziyyətdə polis əməkdaşları tərəfindən ona təhvil verulmişdir. Gələcəkdə bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, günorta saatlarında ansı X1 məxsus, xalası Şəxs da yaşadığı Cəlilabad rayonu, Sərhədabad kəndində yerləşən fərdi yaşayış evinə getmiş, həmin evdə Mirmələk onu qarşılayıb həmin evə gəlməsinə irad tutaraq onunla mübahisə etməyə başlamış, o isə anası Xalidənin həmin ünvanda yaşadığı üçün həmin ünvana gəlməsini demiş, bundan sonra Mirmələk əsəbləşib onun enerji yığmaq üçün cərəyana qoşduğu Samsunq markalı mobil telefonun götürüb evin həyətinə atmış, bunun nəticəsində telefonu zədələndiy üçün ona 70-80 manat dəyərində maddi ziyan dəymişdir. Mirmələyin ona qarşı etdiyi bu hərəkətdən əsəbləşdiyi üçün təxminən bir saatdan sonra evin çöl balkonunda əyləşən xalası Mirmələyin əlindəki İphone markalı mobil telefonu onun əlindən alıb özündə saxlasada telefona heç bir zərər yetirməmiş və hazırda həmin telefonu təhqiqata təqdim etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə də Şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolları və onlara əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan cinayət işinin başlanmasının rədd olunması xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs X2 mobil telefonunu sındıraraq 70 manat maddi ziyan vurmasına dair toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in İTB-yə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Məhkəmə Şəxs zərərçəkmiş şəxsə zərərin tam ödənilməsini, əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212-1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq... Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 70 (yetmiş) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-921/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-921/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver