Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-925/2024 25.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, xx xxxx 1994-cü ildə Masallı rayonu, Eminli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “X4” MMC-in baş iş icraçısı vəzifəsində işləyən, Masallı rayonu, Eminli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Cəlilabad rayon prokuroru baş ədliyyə müşaviri Vahid Məmmədov tərəfindən vəzifəli şəxs Şəxs barəsində qəbul edilmiş 18 oktyabr 2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən, o, “X4” MMC-nin baş iş icraçısı vəzifəsində işləməklə texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq bu qaydaları pozmuş və bunun nəticəsində ehtiyatsızlıqdan xx.xx.2024-cü ildə saat 11 radələrində “X4” MMC-nin icarəyə götürdüyü hüquqi ünvanı və yerləşdiyi yer ünvan 1əyətində fəhlə vəzifəsində işləyən X3 nərdivandan yıxılaraq az ağır xəsarət almışdır. Buna görə vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Cəlilabad rayon prokurorluğunun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş Şəxs iştirak etməmişlər. Məhkəmə işə Cəlilabad rayon prokurorluğunun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertizası və Patoloji anatomiya birliyi” PHŞ-nin Cəlilabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 613 nömrəli rəyindən görünür ki, X1 1-ci bel fəqərəsi cisminin sağ bayır çıxıntısını sınığı müəyyən olunub, müəyyən olunmuş xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aid edilir. Bundan başqa məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının keçrilməsinə dair Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzinin” xx.xx.2024-cü il tarixli 10/6923 saylı rəyindən görünür ki, Qərarın birici, ikinci üçüncü və dördüncü sualları üzrə: İstintaq tərəfindən X2 hadisə ərəfəsində üzərində dayanaraq işlədiyi və yıxıldığı nərdivanın konstruktiv qurluşunun (hazırlandığı material, pillələr arası məsafə, qarmaqlar, başmaqlar və s.) müəyyən edilməsi mümkün olmadığına görə baş vermiş hadisnin texniki səbəbini müəyyən etmək mümkun olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə vəzifəli şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini, hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə vəzifəli şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə vəzifəli şəxs Şəxs məsuliyyətini yüngüllləşdirən halları nəzərə alaraq hesab edir ki, ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin aşağı həddə təyin edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elxan Əmirəliyev.
Məhkəmə qərarları › İş №3(073)-925/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-925/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver