Məhkəmə qərarları › İş №3(073)-926/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-926/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-926/2024 05.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1979-ci ildə Cəlilabad rayonu Kazımabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Cəlilabad rayonu, Kazımabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 22 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Cəlilabad rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(073)-895/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 1500 manat məbləğində pul vəsaiti və 35 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar X2, Cəlilabad rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(073)- 520/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 835.32 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar “Finca Azeribaijan” MMQBKT-ye, Cəlilabad rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(073)-1081/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 532.90 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə və Cəlilabad rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(073)-281/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 750 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı X1 verilməməklə icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə iclasında Cəlilabad rayon İcra Şöbəsinin böyük icra məmuru X6 izahatında göstərdi ki, Cəlilabad rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(073)- 895/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 1500 manat məbləğində pul vəsaiti və 35 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar X2, Cəlilabad rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(073)-520/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 835.32 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar “Finca Azeribaijan” MMQBKT-ye, Cəlilabad rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(073)-1081/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 532.90 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə və Cəlilabad rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(073)-281/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 750 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar X1 verilməsi qət edilmişdir. İcra vərəqələri üzrə borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maddi imkanın zəif olduğunu bildirərək borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, Cəlilabad rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(073)-895/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 1500 manat məbləğində pul vəsaiti və 35 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar X2, Cəlilabad rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(073)-520/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 835.32 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar “Finca Azeribaijan” MMQBKT-ye, Cəlilabad rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(073)-1081/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 532.90 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə və Cəlilabad rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(073)-281/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 750 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar X1 verilməsi qət edilmişdir. İcra vərəqələri üzrə maddi imkanın zəif olduğuna görə borcunu tam ödəyə bilməmişdir. Məhkəmədən barəsində yungül cəza verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, maddi vəziyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar