Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-927/2025 31.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi ilə, İmişli Rayon Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP-7383045 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 Rayon Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP-7383045 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X8 həmin protokoldan və qərardan şikayət verərək, protokolun və qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olundu ki, şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, X5 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları İmişli rayonu ərazisində tötətmişdir. X1 şikayət ərizəsində İmişli Rayon Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP-7383045 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, ərizəsinə işə Cəlilabad Rayon Məhkəməsində baxılması barədə vəsatət əlavə etməmişdir. Bu səbəbdən də şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İmişli Rayon Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP-7383045 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-927/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-927/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver