Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-929/2025 31.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Cəlilabad rayonunun Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Göytəpə şəhəri S.Əskərov küçəsi ev 53-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025-ci il tarixli, 8İ-5266 saylı icra qeydindəki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-278/2024 saylı icra sənədindəki, xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardakı, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(073)- 1571/2024 saylı icra sənədindəki və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1931/2023 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)-1037/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-5266 saylı icra qeydinə əsasən borclu Şəxs cəmi 138.26 (bir yüz otuz səkkiz manat iyirmi altı qəpik) manat alınaraq "xxxx" MMC-nə verilməsi; Cəlilabad Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(073)-1931/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 24100 manat məbləğində pul və 162.90 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs verilməsi; Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(073)-1571/2024 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2023-cü il tarixli, BRCB4360064B299 saylı elektron qaydada bağlanılmış kredit müqaviləsinə əsasən 1499.29 manat əsas borcu, 312.88 manat faiz borcu olmaqla, cəmi 1812.17 manat borcun və xx.xx.2023-cü il tarixli, BPAY3181923B299 saylı elektron qaydada bağlanılmış kredit müqaviləsinə əsasən 100 manat əsas borc, 104.23 manat faiz borcu olmaqla, cəmi 204.23 manat borcun və 40.16 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi; Şirvan Kommersiya məhkəməsinin e-2-2(121)-278/2024 saylı, 07 yanvar 2024-cü il tarixli icra vərəqəsinə əsasən dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun Şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qeyd edilmişdir. Əlavə olaraq 5 saylı Ekologiya və Təbi Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Şəxs 700 (yeddi yüz) manat cərimə edilmişdir. İcra sənədləri Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borcludan icra sənədlərindən göstərilən tələbi icra etməsi tələb olunmuş, borclu maddi imkanının olmadığını bildirərək, icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Buna görə də barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məykəməyə verilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da Şəxs icra sənədi üzrə yaranmış borcunu ödəməkdən qəsdən və qərəzli olaraq yayınmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə qismən təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs borcu yoxdur və həmin icra sənədi üzrə apellyasiya şikayəti verəcəkdir. Digər icra sənədləri üzrə borcunu ona vaxt verilsə qısa müddət ərzində ödəyə bilər. Qeyd edilənlərin nəzərə alınaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(073)-1931/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 24100 manat məbləğində pul və 162.90 manat dövlət rüsumunun alınaraq ona verilməsi qeyd edilmişdir. Lakin borclu Şəxs ona olan borcundan bu günədək heç bir ödəniş etməmişdir. Hazırda borclu Şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə işə digər zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi inzibati tənbeh tədbirinin nisbətən aşağı həddə tətbiq edilməsini məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 31 iyul 2025-ci il tarixdən, saat 19:00-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-929/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-929/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver