Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-939/2024 23.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs – xx.xx.1974-cü il tarixdə Cəlilabad rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon Polis Şöbəsində ucadan səs-küy salmış və polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək verdiyi izahatında göstrədi ki, o, xx.xx.2024-cü il tarixdə özünə məxsus “VAZ 2107” markalı **-FD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə tək hərəkət edən zaman Cəlilabad RPŞ-nin YPXBnin inspektoru ona saxla işarəsi vermiş, o da avtomobilini saxlamışdır. Ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra yol polis əməkdaşı ona yol verdiyi xəta barəsində məlumat vermiş və o, da razılaşmışdır. Polis əməkdaşı ona sərxoşluğunun müayinə edilməsini təklif edilmiş və Cəlilabad Rayon Polis Şöbəsinə dəvət edilmişdir. O, isə məşədi olduğunu, spirtli içki istifadə etmədiyini bildirmiş və onlara etraz edərək onlarla getməkdən imtina etmişdir. Orada olan digər polis əməkdaşları onu nizam-intizama dəvət edərək onu Cəlilabad RPŞyə gətirən zaman və polis şöbəsində şillə və təpik vuraraq ona xəsatət yetirmişlər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis polis baş serjantı Fuad Əsgərov ilə birlikdə Cəlilabad şəhəri, Quruluş prospektində xidmətdə olduğları zaman “VAZ 2107” markalı **-FD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə tərəflərindən saxla işarəsi verilmiş, lakin həmin avtomobilin sürücüsü adı sonradan onlara məlum olan Şəxs onların saxlla əmrinə məhəl qoymayaraq üzü Sabirabad kəndində doğru istiqamətdə sürətini artıraraq hərəkət etməyə başlamışdır. Şəxs təhlüəli manevlər edərək yolda hərəkət etdiyi üçün hər hansı xoşagəlməz halların baş verməməsi üçün onlar onu uzaqdan izləyərək hərəkət etdiyi istiqamətə doğru arxası ilə getmişlər. Şəxs rayonun Sabirabad kəndinə çatmağa az qalmış avtomobili yolun hərəkət hissəsinə doğru saxlayaraq avtomobildən düşmüş və onların üzərilərinə doğru əl hərəkətləri göstərək gəlməyə başlamışdır. Buna görə də onlar xidməti avtomobildən düşərək Şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan niyə saxla işarəsinə əməl etməməsi barədə sual vermək istədikdə o, onlara danışmağa imkan verməyərək ucadan qışqıraraq səs-küy salmağa başlamışdır. Onlar Şəxs səs-küy salmamasını bildirərək, nizam-intizama dəvət etsələr də o, daha da aqresivləşərək nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar efir vasitəsi ilə PPXB-nin əməkdaşalrını köməyə çağırmışlar. PPXB-nin əməkdaşarı həmin yerə gələnədək Şəxs öz hərəkətlərinə davam edərək onların qanuni tələblərinə qəsdən tabesizlik göstərməyə, ətrafda olan şəxslərə narahatçılıq yaratmağa davam etmişdir. Daha sonra Şəxs PPXB-nin əməkdaşlarının köməyi ilə RPŞya gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Cəlilabad RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Rabil Hətəmov ilə birlikdə Cəlilabad şəhəri, 4 nömrəli postda xidmətdə olarkən DYPB-nin YPX-nin inspektoru efir vasitəsi ilə Sabirabad kəndinə çatmağa az qalmış avtomobil sürücüsünün ictimai asayişi pozaraq tabesizlik göstərdiyini bildirərək kömək çağrmış və onlar həmən yerə yaxınlaşmışlar. Onlar həmin yerə yaxınlaşan zaman tanımadıqları bir nəfər şəxsin ucadan qışqıraraq səs-küy saldığını görmüşlər. Onlar həmin şəxsə yaxılaşaraq səs-küy salmamasını bildirib onu nizam intizama dəvət etsələr də həmin şəxs onların sözlərinə məhəl qoymayaraq nalayiq ifadələr işlədərək öz hərəkətlərinə davam etdirmiş və onların qanuni tələblərinə qəsdən tabesizlik göstərməyə, ətrafda olan şəxlərə narahatçılıq yaratmağa davam etmişdir. Həmin şəxs tərəflərindən RPŞ-yə gətrilmişdir. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs Cəlilabad rayonu, Günəşli kənd sakini Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Cəlilabad RPŞ-nin PPXB-nin sürücüsü polis serjantı Kamran Məmmədov ilə birlikdə Cəlilabad şəhəri, 4 nömrəli postda xidmətdə olarkən DYPB-nin YPX-nin inspektoru radiostansiya vasitəsi ilə Sabirabad kəndinə çatmağa az qalmış avtomobil sürücüsünün tabesizlik göstərdiyini bildirərək kömək çağrmış və onlar həmən yerə yaxınlaşan zaman tanımadıqları bir nəfər şəxsin ucadan qışqıraraq nalayiq səs-küy saldığını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq səs-küy salmamasını bildirib onu nizam intizama dəvət etsələr də həmin şəxs onların sözlərinə məhəl qoymayaraq nalayiq ifadələr işlədərək öz hərəkətlərinə davam etdirmiş və onların qanuni tələblərinə qəstən tabesizlik göstərməyə, ətrafda olan şəxlərə narahatçılıq yaratmağa davam etmişdir. Həmin şəxs tərəflərindən RPŞ-yə gətirilmişdir. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs Cəlilabad rayonu, Günəşli kənd sakini Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Cəlilabad rayonu, Sabirabad kəndindən, Cəlilabad şəhər istiqamətinə doğru hərəkətdə olan zaman Sabirabad kəndini çıxdıqdan bir qədər sonra yolun kənarında polis əməkdaşlarının olduğunu görmuş və həmin yerdə dayanmışdır və həmin yerə yaxınlaşan zaman tanımadıqları bir nəfər şəxsin ucadan qışqıraraq nalayiq səs-küy saldığını görmüşlər. O, da həmin şəxsə yaxınlaşaraq səs-küy salmamasını bildirib onu nizam intizama dəvət etsə də həmin şəxs onların sözlərinə məhəl qoymayaraq nalayiq ifadələr işlədərək öz hərəkətlərinə davam etdirmiş və onların qanuni tələblərinə qəsdən tabesizlik göstərməyə, ətrafda olan şəxlərə narahatçılıq yaratmağa davam etmişdir. Həmin şəxs tərəflərindən RPŞ-yə gətirilmişdir. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs Cəlilabad rayonu, Günəşli kənd sakini Şəxsdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 877 saylı rəyinin surətindən görünür ki, 1974-cü il təvəllüdlü Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hası bir xəsarət aşkar olunmamışdır. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun sürətindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsinə əsaənən 50 manat məbləğində cərimə edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddsi ilə 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-939/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-939/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver