Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-94/2023 30.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinin Lənkəran Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq... Müəyyən etdi: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinin Lənkəran Regional Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olundu ki, material protokolla birlikdə protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, nəqliyyat vasitənin Şəxs mülkiyyətində və ya istifadəsində olmasını təsdiq edən sənəd inzibati materiala əlavə edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında materialda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini təsdiq edən arayış və ya sənəd (DİN-nin MAPS şöbəsindən alınmış arayış) işə əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Belə halda inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-in 100cü maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol natamam olduğundan, tərtib edilmiş inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X2 Xidmətinin X1ytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib edilmiş 18 yanvar 2023cü il tarixli, MN ******* saylı protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinin X1ytarılsın. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-94/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-94/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver