Məhkəmə qərarları › İş №3(073)-940/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-940/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-940/2023 21.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmənin iclas katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs, xx.xx.1970-ci ildə Cəlilabad rayonu, Ocaqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, 1-ci qrup əlil, Cəlilabad rayonu, Ocaqlı kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. 21 avqust 2023-cü il tarxli, MN ******* saylı İnzibati xəta haqqında protokollara görə Şəxs 2022-ci ilin oktyabr ayında Cəlilabad rayon Qarazəncir kənd sakini Zərərçəkmiş şəxs2 sosial yardım düzəltmək adı ilə 500 manat pul alaraq mənimsəmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Füzuli oğlunu, həmçinin X1 Cəlilabad rayon sakinləri kimi uzun müddətdir ki, tanıyır və onlarla heç bir düşmənçiliyi və ədavəti olmamış, həmişə normal münasibətlərinin olmuşdurdur. Zərərçəkmiş şəxs2 2022ci ilin oktyabr ayndə ona yaxınlaşaraq oğlu üçün sosial yardım düzəltmək istədiyini demiş, ona həmin vaxtı kəmək edə biləcəyini bunun müqabilində 500 manat pul lazım olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs2 ev ünvanına getmək istəyən zaman onun ev ünvanını dəqiq bilmədiyi üçün Nurəddin Hümbətova zəng edərək Zərərçəkmiş şəxs2 yaşadığı ünvana onunla getməsini xahiş etdiyini, Nurəddin Hümbətov da onunla razılaşaraq birlikdə onun idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs2 yaşadığı ünvanına getdiklərini, Zərərçəkmiş şəxs2 ünvanına çatanda Zərərçəkmiş şəxs2 onun avtomobilinə əyləşmiş və Zərərçəkmiş şəxs2 avtomobildə oğlu üçün sosial yardım düzəltmək üçün 500 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs2 da yaşadığı evdən 500 manat pulu gətirib Nurəddin Hümbətovun yanında ona vermişdir. bundan sonra Nurəddin Hümbətovun idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətindən çıxıb getmişdir. Bundan bir həftə sonra isə Zərərçəkmiş şəxs2 kürəkəni Zərərçəkmiş şəxs1 Füzuli oğluna sosial yardım düzəltməsi üçün də ondan ayrı-ayrı vaxtlarda 300 manat pul almış, bundan Nurəddin Hünbətovun məlumatının olmamış, ümumiyyətlə onlərdan aldığı pulların Nurəddin Hümbətova aidiyyətinin olmadığını, həmin şəxslərə sosial yardım düzəldə bilmədiyi və onlardan aldığı pulları ehtiyacı olduğu üçün xərclmişdir. Hal-hazırada Zərərçəkmiş şəxs2 500 manat və onun kürəkəni Zərərçəkmiş şəxs1 300 manat verəcəyi vardır. Əməlindən səmimi peşmandır. Gələcəkdə bir daha belə hallara yol verməyəcəyinə söz verir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı bir ay ərzində ödəyəcəyini bildirdi. Qeyd edilənlərin nəzərə alınaraq barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolları və onlara əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023cü il, tarixli qərarların surətindən görünür ki, Şəxs barəsində toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in İTB-yə göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Fondunun Cəlilabad rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 076096 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs birinci qrup əlil kimi ömürlük pensiya alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasın məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan xırda talama, yəni oğurlama yolu ilə özgəsinin əmlakını talamaqla inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.4.1-ci maddəsinə əsasən birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara ictimai işlər tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsin ikinci qrup əlil olmasını və İ qrup əlillərə İnzibati Xətalar Məcəllərinin 28.4.1-ci və 30.2-ci maddələrinə əsasən ictimai işlər və həbs tənbeh tədbirinin tətbiq edilə bilməməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli, lakin Şəxs birinci qrup əlil olduğu üçün barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28, 30, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs ikinci qrup əlil olduğu üçün barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsindən imtina edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar