Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-940/2024 07.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə X3 – xx xxxx 1960-ci il tarixdə Cəlilabad rayonu, Məlikqasımlı kəndində anadan olmuş, ali təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad şəhər Bələdiyyəsinin sədri işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsindən protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. X1 ona istinad olunan inzibati xətanı törətməsi işdə olan protokol və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin 16 oktyabr 2024-cü il tarixli, ******* saylı protokoldan görünür ki, Cəlilabad şəhər Bələdiyyəsinin sədri X3 həmin bələdiyyənin 20 sentyabr 2024-cü il tarixdə keçirilən iclasında qəbul edilən 38 saylı saylı protokolu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan protokolun surətini vaxtında təqdim etməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad şəhər Bələdiyyəsinin sədri X3 həmin bələdiyyənin 20 sentyabr 2024-cü il tarixdə keçirilən iclasında qəbul edilən 38 saylı saylı protokolu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan protokolun surətini vaxtında təqdim etmədiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsi tərəfindən 16 oktyabr 2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati qaydada cərimə edilməlidir. Məhkəmə iclasında X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-940/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-940/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver