Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-944/2024 07.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24281240 saylı inzibati xəta haqqında protokola əsasən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərardan X2 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24281240 saylı inzibati xəta haqqında protokola əsasən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 21 oktyabr 2024-cü il tarixli, EQ 24281240 saylı protokolda qərarın çıxarıldığı yer “DİN Baş Dövlət Yol Polisi İdarəsi xx.xx.2024-cü il inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatlarına əsasən” göstərilməklə qeyd edilmişdir. Protokolun “müəyyən edildi” hissəsində isə “Gəncə pr. “Fəridə” Şadlıq sarayının qarşısı xx.xx.2024-ci il tarixində, saat 17.41.13-da(də), LEXUS GX470 MİNİK markalı **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən 327.1-1, 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti etməsinə görə İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Protokolun “Qərara alınır” hissəsində qeyd edilmişdir ki, İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə NAĞİYEV YAŞAR ATAMALİ oğlu barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Protokolda onun “X4” AR Qanununun hansı maddəsinin tələblərini pozduğu göstərilməmiş, sadəcə İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə törətmədiyi xətaya görə məsuliyyət qeyd edilmişdir. O, protokol İXM-nin prinsiplərinə zidd tərtib olunduğundan etiraz edir, bildirir ki, o heç bir inzibati xəta törətməmiş, inzibati protokola əlavə olunmuş fotoşəkil və videoqeyd tam onun hərəkətlərini əks etdirmir. Sadəcə inzibati məsuliyyətə cəlb etmək üçün həmin foto və videoqeyd məhdud şəkildə inzibati məsuliyyətə uyğunlaşdırılmışdır. Onun idarə etdiyi “LEXUS GX470 MİNİK” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunda İNSPEKTOR markalı video reqistrator quraşdırılmışdır, nəqliyyat vasitəsini idarə edərkən onun bütün hərəkət və sürət həddi həmin video reqistratorda qeydə alınır. Həmin gün video reqistratorda qeydə alınmışdır. Həmin videoqeyddən də görünür ki, o həmin tarixdə və saatda heç bir inzibati xəta törətməmişdir. Azərbaycan Respublikasının 3 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli “X4” Qanununun 48-ci maddəsinin İV bəndində göstərilir ki, 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Video qeyddən də görünür ki, o Xudu Məmmədov küçəsi ilə hərəkət edərək yol nişanının tələbinə uyğun xx.xx.2024-ci il tarixində, saat 17.41.13da(də) LEXUS GX470 MİNİK markalı **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərək Gəncə pr. Fəridə Şadlıq sarayının qarşı sağa dönür və “X4” Qanunun 48-ci maddəsinin İV bəndində göstərilən tələblərə uyğun “həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrıldığından, nəqliyyat vasitəsi ilə sağa dönərkən bu zolağa daxil olub sonra isə sol zolağa keçib. O, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün heç bir maneə yaratmamışdır. Belə ki, 21 oktyabr 2024-cü il tarixli, EQ 24281240 saylı protokolda göstərilən xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməyib. Bu səbəbdən də xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülməyib. Birincisi, onun İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyi xüsusi texniki vasitə tərəfindən aşkar edilmiş olsaydı, inzibati protokol xx.xx.2024-cü il tarixdə, saat 12.25.37 radələrində deyil, xx.xx.2024-cü il tarixdə saat 17.41.13 radələrində real vaxt rejimində elektron qaydada tərtib edilməklə, protokolda xüsusi texniki vasitənin tipi, markası, modeli və yerləşdiyi yer göstərilməli idi. Mərkəzi məlumat sistemindən çıxarışdan da görünür ki, xətanın tarixi xx.xx.2024, saat 17.41.13, Protokolun tərtib edildiyi tarix isə xx.xx.2024 saat 12.25.37 radələri göstərilmişdir. Belə ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadənin 21 oktyabr 2024-cü il tarixli, EQ 24281240 saylı inzibati xəta haqqında protokol üzrə çıxardığı qərar İXM-nin prinsiplərinə zidd olaraq şikayətçinin iştirakı olmadan müşahidə kamerasından götürülmüş, tam hərəkət istiqamətini göstərməyən foto və video qeyd vasitəsi ilə tərtib edilib və bir gün sonra mərkəzi informasiya sisteminə yerləşdirilib. Lakin onun inzibati məsuliyyətə cəlb olunmağı üçün təqsiri sübut olunmalıdır. Çünki Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2. -ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd edilənlərin nəzərə alınaraq, Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24281240 saylı inzibati xəta haqqında protokoluna əsasən qəbul olunmuş 21 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsini və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi və şikayətçi X2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24281240 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Həmin Məcəllənin 122.1-ci maddəsinə görə bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İş materialları ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib edilsə də inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə hesab edir ki, şikayətçinin avtomobilinin foto şəkli müvafiq texniki vasitənin köməyi ilə çəkilsə də onun tərəfindən müvafiq inzibati xətanın törədilməsinin sübut edilməsi, həmçinin həqiqətən də hər hansı inzibati xətanın olub-olmadığını müəyyənləşdirmək məqsədilə inzibati araşdırma aparılmalı, şikayətçinin həqiqətən də yolun ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkətdə olub-olmaması müəyyən edilməli idi. Belə ki, dönmə əməliyyatını həyata keçirərkən avtomobilin həmin hissəyə daxil olması və manevr edərək yolun digər hissəsinə keçməsi istisna deyil. Məhkəmə, həmçinin inzibati tənbeh vermə haqqında qərarın real vaxt rejimində tərtib edilmədiyini də nəzərə alır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə tərəfindən tələb olunan sübutları (inzibati xəta haqqında protokolun, qərarın təsdiq olunmuş surətlərini və baş vermiş inzibati xətanın törədilməsini əks etdirən video görüntüləri) təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçinin inzibati xətanı törətməsi ilə bağlı şübhə olsa da, yəni onun yolun qeyd edilən hissəsində hərəkətdə olması foto şəkildən görünsə də şikayətçinin həmin hissəyə nəyə görə daxil olması, yəni yolun icazə verilmiş hissəsinə keçmək üçün istifadə edib-etməməsi inzibati orqan tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi mövcud deyildir. Buna görə də X2 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən X1 barəsində qəbul edilmiş xx.xx.2024cü il tarixli, EQ 24281240 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-944/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-944/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver