Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-945/2024 07.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24293909 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24293909 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24293909 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, 21 oktyabr 2024-cü il tarixində saat 16:19-da Xətai- G.Qədirbəyova küçələrinin kəsişməsində “LEXUS GX470” minik markalı **-HM-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin protokol İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə zidd tərtib olunmuş və o, heç bir inzibati xəta törətməmişdir. Protokola əlavə olunmuş fotoşəkildən də görünür ki, fotoşəkil GF6222D411DBA799 nömrəli kameradan xx.xx.2024-cü il tarixdə saat 11:26:52 radələrində çıxarılmışdır. Həmin fotoşəkildə avtomaşınların ümumi qarışıq hərəkətlərindən də görünür ki, həmin vaxt hansısa bir fövqaladə hadisə baş vermiş, yolun həmin hissəsində nəqliyyat vasitələrinin ümumi görünüşü qarışıq formadadır. Həmçinin protokolda göstərilən xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməmiş və xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülməmişdir. Əgər Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyü YPX-nin baş inspektoru, polis mayoru X4 əgər vizual şəkildə onun yol nişanlarının tələblərinə riayət etməməyini aşkar etmişdirsə, onda protokol onun iştirakıyla tərtib olunmalı idi. Bundan başqa, onun yol nişanlarının tələblərinə riayət etməməyi xüsusi texniki vasitə tərəfindən aşkar edilmişdirsə, onda həmin protokol xx.xx.2024-cü il tarixdə saat 11:29:57 radələrində deyil, xx.xx.2024-cü il tarixdə saat 16:19 radələrində real vaxt rejimində elektron qaydada tərtib edilməklə birbaşa həmin informasiya sisteminə ötürülməklə protokolda xüsusi texniki vasitənin tipi, markası, modeli və yerləşdiyi yer göstərilməli idi. Həmçinin Mərkəzi məlumat sistemindən çıxarışdan da görünür ki, xətanın tarixi xx.xx.2024-cü il saat 11:26:52, protokolun tərtib edildiyi tarix xx.xx.2024cü il saat 11:29:57 radələri göstərilmiş və protokolu tərtib edən Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyü YPX-nin baş inspektoru, polis mayoru X4 olduğu göstərilmişdir. Həmin vaxt Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyü YPX-nin baş inspektoru, polis mayoru X4 xidməti avtomaşında olmuş və xidməti avtomaşında quraşdırılmış GPS kardinatları 40.3556459, 49.7972067 olduğu yer göstərilmişdir. GPS məlumatlarından da görünür ki, inspektor həmin vaxt xidməti ərazidə, xidməti avtomaşında olmuşdur. Belə ki, Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyü YPX-nin baş inspektoru, polis mayoru X4 həmin EQ24293909 saylı prorokolu qanuna zidd olaraq onun iştirakı olmadan müşahidə kamerasından götürülmüş foto şəkil vasitəsi ilə tərtib etmiş və mərkəzi informasiya sisteminə yerləşdirmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24293909 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24293909 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 21 oktyabr 2024-cü il tarixində saat 16:19-da Xətai-G.Qədirbəyova küçələrinin kəsişməsində “LEXUS GX470” minik markalı **-HM-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Daxili İşlər Nazirliyi BDYPİ-nin sistemindən çıxarılmış foroşəkildən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın yeri Xətai-G.Qədirbəyova küçələrinin kəsişməsində xx.xx.2024-cü il tarixdə saat 16:19-da, tarix isə xx.xx.2024-cü il, saat 11:26:52-də qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 38.6-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, üsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Belə ki məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 barəsində 21 oktyabr 2024cü il tarixdə saat 16:19-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə saat 11:26:52-də tərtib edilmişdir. Nəticədə həmin inzibati tənbeh vermə haqqında qərarın real vaxt rejimində tərtib olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24293909 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24293909 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-945/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-945/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver