Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-947/2024 29.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1998-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, Müəyyən etdi: 29 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad şəhəri, Azərbaycan küçəsində yaşayan Zərərçəkmiş şəxs onun yaşadığı ünvanda aralarında olan mübahisə zamanı döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024cü il tarixdə qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış və onun sifət nahiyyəsinə iki dəfə sillə ilə zərbə yetirmişdir. Etdiyi əməlindən peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs uzun müddətdir ki, tanıyır və sonuncu ilə aralarında qeyri rəsmi münasibətləri vardır. xx.xx.2024-cü il tarixdə Şəxslə aralarında mübahisənin səbəbi onun işləməsidir. O, işlədiyi yerdən çıxmasının səbəbi sonuncunun onu məcbur etdiyini və aralarında mübahisələrin yaranmasına səbəb olmuşdur. Göstərilən tarixdə qeyri-rəsmi münasibətlə yaşadığı Mirsahib adlı şəxsə işə gedəcəyini dediyi üçün, onunla aralarında mübahisənin yarandığını və sonuncunun onun sifət nahiyyəsinə iki dəfə olmaqla sillə ilə zərbə yetirdiyini bildirmişdir. O, həmin hadisədə Mirsahibin onun boğaz nahiyyəsindən tutduğunu və onu boğmağa çalışdığını və onu mütamadi ölmlə hədələdiyini bildirmişdir. Ona görə də Şəxs barəsində inzibati qaydada həbslə bağlı qərar qəbul edilməsini xahiş etdi. Şəxs əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmiş şəxsin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 832 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs boyunun sol yarısının ön səthində sıyrıq və sol 3-cü barmağında qançır müəyyən olunmuş, müəyyən olunmuş xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X1 Bölməsinin 10 oktyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətində həbs edilsin. İnzibati həbsetmənin əvvəli 28 oktyabr 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-947/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-947/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver