Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-949/2023 22.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.1968-ci il tarixdə Cəlilabad rayonu, Qarakazımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Qarakazımlı kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə Cəlilabad şəhərində Azərbaycan küçəsində ucadan ünvansız nalayıq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, polisin qanunu göstərişlərinə tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə o, ucadan söyüş söyməmişəm və hec kimi təhqir etməmişdir. Polis əməkdaşları onu polis şöbəsinə getməyə dəvət etmişlər, o da onlara evə gedib üstünü dəyişməsini bildirmişdir, daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Qeyd edilənləri nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində Cəlilabad RPŞ-nin, İTB-nin sahə polis nəfəri, polis baş serjantı Fərhad İbadovla ilə birlikdə Cəlilabad şəhəri, Azərbaycan küçəsində xidməti ərazidə xidmətdə olarkən bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək hərəkət etdiyini görmüşlər. Buna görə dərhal həmin şəxsə yaxınlaşaraq özlərini həmin şəxsə təqdim etdikdən sonra onun ictimai yerdə nalayiq ifadələr işlətməsi hüquq pozuntusu olmasını izah etsələr də, həmin şəxs onlara kobud formada cavab vermiş onlara mübahisə etməyə başlamışdır. Onu nizam-intizama dəvət etdib sakitləşdirməyə çalışsalar da həmin şəx onlarla daha da aqresiv formada danışaraq səs-küy salmağa başlamışdır. Həmin şəxsin etdiyi hərəkətlər kənar şəxslərin onların ətrafında toplaşmasına səbəb olduğu üçün onlar həmin şəxsi RPŞ-ya dəvət etmək istəsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabesizlik göstərməyə başlamışdır. Onlar-həmin şəxsi dəfələrlə nizam-intizama dəvət edib RPŞ-ya geməli olduğunu bildirsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabesizlik göstərdiyi üçün tərəflərindən RPŞ-nə gətrmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində Cəlilabad RPŞ-nin, İTB-nin sahə polis nəfəri, polis baş serjantı Elməddin Qurbətov ilə birlikdə Cəlilabad şəhəri, Azərbaycan küçəsində xidməti ərazidə xidmətdə olasrkən bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək hərəkət etdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun ictimai yerdə nalayiq ifadələr işlətməsini bildirilmiş, həmin şəxs onlarla kobud formada mübahisə etməyə başlamışdır. Onu nizam-intizama dəvət etslər də həmin şəxs səs-küy salmağa davam etmişdir. Həmin şəxsin hərəkətləri kənar şəxslərin narahatlığına səbəb olduğu üçün onlar həmin şəxsi RPŞ-yə dəvət etmək istəsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Onlar həmin şəxsi onların qanuni tələblərinə qəsdən tabesizlik göstərdiyi üçün RPŞ-yə gətirmişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidlərin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 17:00dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-949/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-949/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver