Məhkəmə qərarları › İş №3(073)-949/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-949/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-949/2024 29.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1998-ci ildə Cəlilabad rayonu, Mikayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Mikayıllı kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 29 oktyabr 2024-cü tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Yarıyeva X1 Sənubər Yadulla qızını vuraraq ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 20 radələrində tanışı Aygün adlı qadının evinə gedən zaman Peşə məktəbinin həyətində əmisi qızları Türkanə Yarıyeva, Dürdanə Yarıyeva, qaynı arvadı Sənubər və digər şəxslərin əyləşib söhbət etdiklərini görsə də onlarla görüşməmiş, çünki təxminən 6 ildir ki, onlarla münasibəri pisdir, onlar bir-birləri ilə danışmırlar. Onların yanındn keçib binaya daxil olub Aygünün evinə 4-cü mərtəbəyə getmiş, 5 dəqiqə onunla söhbət edib geri qayıtmaq üçün pilləkəndən düşəndə Türkanə ilə Sənubərin onu təhqir etdiklərini eşitmiş, buna baxmayaraq onlara heçnə demədən 1-ci mərtəbədən çıxmış və oradan uzaqlaşanda Tükanə yenidən onu təhqir edib, ona, cavab verəcəksən ya yox sözünü deyəndə o, “it hürər karvan keçər”, cavabını vermiş, bunu deyəndən sonra Tükanə onun üstünə hücum edib saçlarını tutub qarın nahiyyəsinə təpiklə, sinə və üz nahiyyəsinə yumruqla vurmuş, bu zaman Tükanəyə Sənubər də qoşulmuş onlar hər iksi onu yerə yıxıb saçından tutub bir neçə metir sürümüşlər, onlara müqavimət göstərməyə çalışmış, lakin onların əlindən çıxa bilməmişdir. Tükanə ilə Səubər onu yerə buraxmış, Türkanə sol göz altı nahiyyəsinə yumruqla vurmuş, onlar hər ikisi təpiklə bədəninin müxtəlif nahiyyələrindən vurmuşlar, həmçinin Türkanə onun bel və sol bud nahiyyəsini dişləmiş, baldızı Dürdanə və qaynı Süleyman onu həmin şəxslərin əlindən almışlar. Hadisə vaxtı özünü müdafiə etmək üçün Sənubəri dişləmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar əbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı evdə olan zaman ikinci mərtəbədə səs-küy gəldiyini eşidib pilləkənlə yuxarı çıxanda Ayselin, qaynanası Simuzərlə mübahisə etdiyini, Tükanın isə harayçılıq etdiyini görüb Ayseli oradan kənarlaşdırımış, həmin vaxt Aysel onun sol əlinin 4cü barmağını dişləyəndə Ayseli buraxmış, lakin Aysel onu barmağını dişi ilə sıxıb saxlamış, həmin vaxt Tükanə Ayseli itələyərək onun barmağını Ayselin ağzından çıxarmış, o, ağırıdan qışqırdığı üçün Aysel oradan kənarlaşmağa başlamış, lakin pilləkənlə düşən zaman özünü pilləkənlərə vura-vura getmişdir. Həmin vaxt Aysel onu vurmamış, lakin sol əlinin 4-cü barmağını dişləmişdir. Hazırda Şəxs ilə barışmamışdır. Ona görə də Şəxsnun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 776 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sol 4-cü barmağında əzilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X2 Bölməsinin 18 sentyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxsnun törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Şəxsnun inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxsnun barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar