Məhkəmə qərarları › İş №3(073)-954/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-954/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-954/2024 30.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs (tələbkar) X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Cəlilabad rayonunun Sadatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Sadatlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə İsparov X7 Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(073)-401/2019 saylı icra vərəqəsinin icrasını həyata keçirən Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müxtəlif vaxtlarda göndərdiyi bildirişlərə və xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(073)-401/2019 saylı icra sənədinə əsasən 16 yanvar 2019-cu il tarixdən başlayaraq 15 may 2011-ci ildə doğulmuş X4, 07 avqust 2015-ci ildə doğulmuş X5 və 01 fevral 2018-ci ildə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 90 (doxsan) manat, cəmi 270 (ik yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə aliment borcunu ödəməkdən yayınmışdır. Nəticədə borclunun icra sənədi üzrə hazırki vaxta 6000 manat aliment borcu yaranmışdır. Həmçinin qeyd etmişdir ki, borclu həmin icra sənədi üzrə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(073)-401/2019 saylı icra sənədinə əsasən 16 yanvar 2019-cu il tarixdən başlayaraq 15 may 2011-ci ildə doğulmuş X4, 07 avqust 2015-ci ildə doğulmuş X5 və 01 fevral 2018-ci ildə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşağa görə 90 (doxsan) manat, cəmi 270 (ik yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməlidir. İşləmədiyi və maddi imkanı olmadığı üçün icra vərəqəsi üzrə aliment borcunu ödəyə bilməmişdir. Hazırda da yaranmış aliment borcunu ödəmək iqtidarında deyildir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X10 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(073)-401/2019 saylı icra sənədinə əsasən 16 yanvar 2019-cu il tarixdən başlayaraq 15 may 2011-ci ildə doğulmuş X4, 07 avqust 2015-ci ildə doğulmuş X5 və 01 fevral 2018-ci ildə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 90 (doxsan) manat, cəmi 270 (ik yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Cəlilabad Rayon Məhkəməsinin icra sənədi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Borclu Şəxs müxtəlif bəhanələr gətirərək, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Şəxs dəfələrlə həmin borcunu ödəməsini tələb etmiş, lakin borclu maddi imkanı olmasına baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, o, həmçinin valdeynlik vəzifələrini kobud surətdə pozmuşdur, uşaqlarının mənafeyi və onların saxlanma xərclərinin qarşılanması üçün hərəkətsizlik etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 30 oktyabr 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar