Məhkəmə qərarları › İş №3(073)-955/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-955/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-955/2023 25.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs – xx.xx.1986-cı ildə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşqul olan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: 25 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Həsənov X5 şəhəri, Qurtuluş prospektində yerləşən yaşadığları evdə həyat yoldaşı X4 ilə aralarında yaranmış mübahisə zamanı Günay Feyziyevanı döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Şəxsnın bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmişin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahtında bildirdi ki, 2015-ci ildə o, X4 ilə ailə həyatı qurmuş və onların iki övladları var. Onlar bir yerdə atasının evində yaşamışlar, lakin münasibətləri pozulduğu üçün bir il bundan əvvəl Zərərçəkmiş şəxs uşaqlarıda götürüb atasının evinə getmişdir. Bundan bir neçə gün sonra onunla birlikdə qalmaq üçün geri qayıtmışlar. Aralarında münaqişə olduğu üçün Gülnar yenidən uşaqları götürərək atasının evinə getmişdir. Gülnar onun barəsində yalan məlumat vermiş, o, Gülnarı döyməmiş, sadəcə itələmişdir. Hazırda etdiyi əmələ görə özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. X4ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs X4 izahatında bildirdi ki, 2015-ci ildə Cəlilaba şəhər sakini Şəxs ilə ailə həyatı qurmuş və onların bu evlilikdən iki övladaları olmuşdur. Onlar birlikdə Elvinin atası evində yaşamışlar, lakin münasibətləri pozulduqdan sonra bir il bundan əvvəl ayrılıb övladları ilə birlikdə atasının evinə getmişdir. Təxminən 15 gün bundan əvvəl Elvin onun atasının evinə gəlib övladlarının ondan tələb etmiş, buna etiraz etdikdən sonra Elvin onu döymüşdür. Elvin onun üz nahiyyəsinə sillə vürmuşdur. Hazırda Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin 27 iyul 2023-cü il tarixli, 717 saylı rəyində göstərilir ki, X1 said nahiyyəsində bir ədəd çapıq müəyyən olundu, müəyyən olunan çapıq 2-ci dərəcəli yanığın sağlamlıqdan sonraki izi olub yüksək hərarətin (ola bilsinki qızdırılmış buçaqın) yeri təsirindən törənmişdir törənmə müddəti müayinə olunanın qeyd etdiyi, müaytinədən 15-20 gün əvvələ uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə həmin məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İzibati Xətalar Məcəlləsinin 53.1.9-ci maddəsinə görə həmin məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; Məhkəmə inzibati xəta törətmiş şəxslə Şəxs ilə zərərçəkmiş şəxs X2 barışdıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş X7 inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə zərərçəkmiş şəxs X4 ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar