Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-958/2023 27.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, tələbkar X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.1995-ci ildə Cəlilabad rayonu, Cəlayır kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə X10 materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya haqqında protokol daxil olmuşdur. 27 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli X10 protokoldan görünür ki, Cəlilabad rayon Məhkəməsinin 16(073)-24/2023 saylı icra vərəqəsinə əsasən X1 Şəxs yanında yaşayan X8 ilə hər həftənin şəbə günü saat 10:00-dan 18:00-dək görüş vaxtı müəyyən edilmişdir. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin müvəqqəti təminat tədbiri haqqında qərardadına əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 16(073)-24/2023 saylı icra vərəqəsinə görə borclu Şəxs yanında yaşayan 22 sentyabr 2015-ci ildə doğulmuş X8 ilə ünsiyyət saxlamaq hüququ təmin edilmiş və X1 həmin uşaqla görüş vaxtı hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək müəyyən edilmişdir. Borclu Aslanov X5 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(073)-24/2023 saylı icra vərəqəsinin icrasını təmin etməmişdir. Ona görə də Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin icra vərəqəsinə əsasən onun yanında yaşayan 22 sentyabr 2015-ci ildə təvəllüdlü oğlu X4 anası X3 görüş vaxtı hər həftənin şənbə günü saat 10:00-dan 18:00dək müəyyən edilmişdir. Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən ona zəng edib arvadı X3 ilə görüşməsi barədə məhkəmə qərarının olduğubildirilmiş, o da buna etiraz etməmiş və yaşadığı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhərində istədiyi vaxt gəlib uşağla görüşə bilməsini bildirmiş, lakin ona bildirmişlər ki, mütləq uşağı Cəlilabad şəhərinə gətirməlidir. 27 sentyabr 2023-cü il tarxdə onu Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə çağırmışlar, o da Bakı şəhərindən gəlmiş və dərhal barəsində əsasız protokol yazılmışdır. O, körpə uşağı hər həftə Bakı şəhərindən Cəlilabad şəhərinə gətirə bilməz, belə ki bu uşağın saglamlığına və təhsilinə problem yaradacaqdır. Oğlu Xırdalan şəhəri 11 saylı orta məktəbdə 3-cü sinifində oxuyur. Xırdalan şəhəri, Vəli Axundov küçəsi 12, ev 8 onun daimi yaşayış yeridir. İcra vərəqəsi də borclunun olduğu yer üzrə icra olunmalıdır. Cavabdeh istədiyi gün Xırdalan şəhərinə gəlib uşaqla görüşə bilər. Həmçinin ona hər hansı rəsmi bildiriş və ya qərar göndərliməmiş, ancaq telefon zəngi ilə çağrılmış, o da dərhal xx.xx.2023cü il trixdə Cəlilabad rayon İcra şöbəsinə gəlmişdir. Rusiya Fedarasiyası vətəndaşı olsa da hazırda Bakı şəhərində yaşayır və işləyir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan X10 işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X3 izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin icra vərəqəsinə əsasən borclu Şəxs yanında yaşayan 22 sentyabr 2015-ci ildə doğulmuş X8 ilə ünsiyyət saxlamaq hüququ təmin edilmiş və ona həmin uşaqla görüş vaxtı hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək müəyyən edilmişdir. Borclu Şəxs şağı Cəlilabad şəhərinə gətirmir və Cəlilabad rayon məhkəməsinin icra vərəqəsinin icrasını təmin etmir. O, uşaqla Cəlilabad rayonunda görüşmək istəyir. Ona görə də Şəxs inzibati qaydada cəza verilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan X10 işin icraatına xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün X10 protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında icra məmurunun, borclunun və tələbkarın izahatları və iş materialları ilə müəyyən edildi ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(073)-24/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs yanında yaşayan 22 sentyabr 2015-ci ildə doğulmuş X8 ilə ünsiyyət saxlamaq hüququ təmin edilmiş və X1 həmin uşaqla görüş vaxtı hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək müəyyən edilmişdir. Borclu Şəxs və onun oğlu X8 faktiki olaraq Xırdalan şəhəri, Vəli Axundov küçəsi 12, ev 8 ünvanında yaşayır. İcra Haqqında Azərbaycan Respublikasının Qanunununun 10.1-ci maddəsinıə əsasən icra hərəkətləri borclunun yaşayış yeri üzrə icra olunmalı və borclu uşağı Xırdalan şəhərindən Cəlilabad şəhərinə anası X3 ilə görüşdürülməsinə məcbur edilə bilməz və icra vərəqəsində bununla bağlı hər hansı göstəriş yoxdur. Həmçinin X10 protokolda Şəxs hər hansı inzibati xətanı törətməsi barədə qeyd aparılmamışdır, yalnız Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi qeyd edilmişdir. . Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə iclasında borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış X10 iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 528-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 27 sentyabr 2023-cü il tarixli, MN ******* saylı X10 protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış X10 iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-958/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-958/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver