Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-96/2024 23.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, Şəxs – xx.xx.1981-ci il tarixdə Cəlilabad rayonu Məmmədrzalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad rayonu Məmmədrzalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad Rayon Polis şöbəsindən Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi QAZ 3221 yük markalı 99VX727 dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayon Abdullu kəndində VAZ 2107 markalı 40BN954 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan X2 avtomobilini idarə etdiyi zolağa çıxmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şəxs heç bir xəsarət almamış, lakin X5 yüngül bədən xəsarəti almış, sərnişin kimi əyləşmiş X6 isə dərəcəsi təyin edilməyən xəsarətlər almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şəxs törətmiş olduğu inzibati xəta işdə olan İXP ******* nömrəli inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi QAZ 3221 yük markalı 99VX727 dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin 26 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin 26 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomoiya ETT Birliyinin Cəlilabad Rayon Şöbəsinin xx.xx.2024-cu il tarixli, 27 №-li rəyinə əsasən 1997-ci il təvəllüdlü X4 alın nahiyyəsində və sağ əlin arxa səthində sıyrıqlar müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk əşyanın /əşyaların/ təsirindən törənmiş, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin 26 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomoiya ETT Birliyinin Cəlilabad Rayon Şöbəsinin xx.xx.2024-cu il tarixli, 28 №-li rəyinə əsasən 1956-cı il təvəllüdlü X1 qaşüstü nahiyyədə əzilmiş yara və sol 9-cu qabırğanın yerini dəyişməyən sınığı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk əşyanın /əşyaların/ təsirindən törənmiş, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin 26 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs və X5 tibbi müayinəsindən keçirilmiş və müayinə zamanı onlarda sərxoşluq halı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Elan olunmuş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-96/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-96/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver